Icma.az
close
up
RU
AHİK ilə ACTRAV arasında Bəyannamə imzalanıb FOTOLAR

AHİK ilə ACTRAV arasında Bəyannamə imzalanıb FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında Beynəlxalq Əmək Təşkilatı (BƏT) İşçilərin Fəaliyyəti Bürosunun (ACTRAV) Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Serqius Qlovaskas ilə görüş keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Konfederasiya sədri Sahib Məmmədov çıxış edərək əmək bazarında baş verən dəyişikliklərə uyğunlaşmaq üçün təhsilin inkişafı və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Konfederasiya sədri Akademiyanın fəaliyyətindən, 100 %-lik qəbul göstəricisindən, yeni yaradılan İxtisasartırma və Kadrların İnkişafı Mərkəzindən, keçirilən beynəlxalq təlimlərdən danışıb.

Bildirilib ki, Akademiya Böyük Britaniyada yerləşən Peşəkar Əməyin Təhlükəsizliyi və Sağlamlığı İnstitutu (IOSH) tərəfindən beynəlxalq akkreditasiyadan keçib. Bu, dünyada əməyin təhlükəsizliyi sahəsində ən nüfuzlu təşkilatlardan biridir. Artıq Akademiya beynəlxalq səviyyədə tanınan təlimlər keçirə, bilik və bacarıqları qiymətləndirə və IOSH sertifikatları təqdim edə bilər. Bu sertifikatı alanlar yalnız Azərbaycanda deyil, dünyanın istənilən yerində peşəkar əmək təhlükəsizliyi mütəxəssisi kimi tanınır. Tədbirdə həmçinin AHİK və BƏT/ACTRAV-ın əməkdaşlığı çərçivəsində rəqəmsal tədris, sosial dialoq, əməyin təhlükəsizliyi, gender bərabərliyi, gənclərin və qadınların rolunun artırılması kimi prioritet istiqamətlər müzakirə olunub, həmkarlar ittifaqlarının müasir əmək bazarına uyğun modernləşdirilməsi mühüm addım kimi dəyərləndirilib.

BƏT/ACTRAV-ın Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Serqius Qlovaskas Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətini müsbət dəyərləndirib, iki qurum arasında əlaqələrdən, birgə reallaşdırılan layihə və tədbirlərdən danışıb, münasibətlərin yüksək səviyyədə olduğunu bildirib, əməkdaşlığın genişləndirilməsinin istiqamətləri barədə fikirlərini bölüşüb. Sonra Akademiyanın İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində professor-müəllim heyətinin iştirakı ilə tədbir keçirilib. BƏT-in Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev çıxış edərək iki qurum arasında münasibətlərin inkişafının əhəmiyyətindən bəhs edib, Azərbaycanda əmək hüquqlarının müdafiəsi sahəsində beynəlxalq həmkarlar ittifaqı təşkilatlarının qərar və tövsiyələrinə xüsusi önəm verildiyini qeyd edib. Akademiyanın beynəlxalq əlaqələr üzrə prorektoru Xəyalə Məmmədova ali təhsil müəssisəsi, tədris prosesinin təşkili, tətbiq olunan yeniliklər barədə təqdimatla çıxış edib. Təqdimatda Akademiyanın beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımlar, BP, İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi, York Universiteti, Turin Beynəlxalq Təlim Mərkəzi və digər nüfuzlu qurumlarla əməkdaşlığı vurğulanıb. Tərəflər Azərbaycan həmkarlar ittifaqları ilə BƏT/ACTRAV arasında əməkdaşlığın genişləndirilməsinin istiqamətləri barədə fikir mübadiləsi aparıblar. Tədbirin sonunda AHİK və ACTRAV arasında həmkarlar ittifaqları təhsilinin inkişafı və gücləndirilməsi sahəsində Əmək və Sosial Münasibətlər Akademiyasının inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq haqqında Bəyannamə imzalanıb.

Sənəddə həmkarlar ittifaqı üzvlərinin bilik və peşə bacarıqlarının artırılması, rəqəmsal platformaların və alətlərin tətbiqi, eləcə də vahid regional təhsil portalının yaradılması nəzərdə tutulur. Bəyannamədə həmçinin BƏT ekspertlərinin iştirakı ilə Əmək və Sosial Münasibətlər Akademiyasının təhsil proqramlarında gənclərin akademik və sosial fəaliyyətlərə daha fəal qoşulmasını təşviq etmək məqsədilə maarifləndirmə və təcrübə mübadiləsinin həyata keçirilməsi planlaşdırılır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://unikal.az
archiveBu xəbər 09 Oktyabr 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri