Icma.az
close
up
RU
Çinin rəqibləri nədən narahatdırlar? ŞƏRH

Çinin rəqibləri nədən narahatdırlar? ŞƏRH

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Çinin rəqibləri onun artan hərbi gücündən narahatdır, dost və tərəfdaşları isə bu ölkə ilə iqtisadi və ticarət əməkdaşlığından, o cümlədən yatırımlarından faydalanmağa çalışırlar. İkincilər birincilər çoxdur. Çünki Çinlə iqtisadi əməkdaşlığın faydaları çoxdur”.

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Azərbaycan da bu əməkdaşlıqdan faydalanmaq istəyir:

“Azərbaycan ərazisindən keçən və inşa olunan nəqliyyat yollarının əsas ünvanı Çindir, bu ölkədən dünya bazarlarına daşınan yüklərin bir hissəsi Mərkəzi Asiya və Cənubi Qafqazdan danışınarsa, bu artıq iştirakçı ölkələr üçün faydalıdır.

Rəqəmlər də bundan xəbər verir. “Orta dəhliz” və Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcmi artmaqdadır. Azərbaycanla Çin arasında viza tətbiqi ortadan qaldırıldıqdan sonra ölkəmizə gələcək çinli turistlərin sayında da artım ehtimalı yüksəkdir.

Azərbaycanla Çin arasında siyasi əlaqələrdə də problem yoxdur. Bir-birlərinin ərazi bütövlüklərini tanıyan iki ölkə daxili işlərə qarışmamaq siyasətindən çıxış edir. Çini Rusiyadan fərqləndirən də budur. Moskva qonşu dövlətlərin daxili işlərinə qarışır, onlara “yol göstərməyə” çalışır, “Qərb ölkələrindən uzaq dayanın” kimi nəsihətlər verir, "Rus evləri" vasitəsilə təsir agentləri formalaşdırır. 

Əlbəttə, Pekin də siyasətində “yumşaq güc”dən faydalanmağa çalışır, müxtəlif tədris mərkəzlərində “Konfutsi mərkəzləri” yaradır, Çin dilinin öyrənlməsini təşviq edir, ancaq əməkdaşlıq etdiyi dövlətə “Qərblə əməkdaşlıq etmə” kimi mesajlar göndərmir”. 

Politoloq qeyd edib ki, Pekin işğal dövründə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, Ermənistanla da sıx əlaqələr qurmuşdu və bu siyasətini indi də davam etdirir:

“Buna iradımız yoxdur. Çin Azərbaycana və Ermənistana silah satmadı. Pekin Moskva və Tehrandan fərqli olaraq Azərbaycan və Ermənistan liderlərinin avqustun 8-də Vaşinqtonda əldə etdiyi razılaşmanın əleyhinə də deyil. Pekin üçün əsas odur ki, Azərbaycanla Ermənistan arasında sülh olsun ki, Çin bölgədə formalaşan əməkdaşlıq imkanlardan istifadə edə bilsin”.

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Avqust 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see759

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see687

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see265

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see250

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see232

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see228

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see227

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see219

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see201

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see196

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see188

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see181

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see178

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see178

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see175

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see173

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see167

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri