Icma.az
close
up
RU
Çinin “Şencou 19” missiyasının astronavtları Yerə qayıdıblar

Çinin “Şencou 19” missiyasının astronavtları Yerə qayıdıblar

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Pekin, 30 aprel, AZƏRTAC

Çinin kosmik stansiyasında 6 aylıq fəaliyyətini başa vuran “Şencou-19” missiyasının astronavtları bir günlük ləngimə ilə Yerə qayıdıblar.

AZƏRTAC Çin Kosmos Agentliyinə istinadla xəbər verir ki, astronavtlar Çay Sucı (heyətin kapitanı), Son Lindon və xanım Van Haocının olduğu “Şencou-19” kosmik gəmisinin xüsusi kapsulu Pekin vaxtı ilə gecə saat 4-də “Tienqon” kosmik stansiyasından ayrılıb. Kapsul aprelin 30-da yerli vaxtla saat 13:00 radələrində Qobi səhrasındakı “Donfen” meydançasına enib. Astronavtlar ilkin tibbi yoxlanışdan sonra xüsusi təyyarə ilə Pekinə yola salınacaq. Agentlik “Şencou-19” missiyasının uğurla başa çatdığını elan edib.

Qeyd edək ki, “Şencou-19” missiyasına ötən il oktyabrın 10-da start verilib. Astronavtlar kosmik stansiyada müxtəlif test və texniki yoxlanışlar həyata keçiriblər. Onları kosmik stansiyada aprelin 24-də kosmosa göndərilən “Şencou-20” missiyasının astronavtları Çen Don, Çen Conruy və Van Cie əvəzləyib. “Şencou-19” missiyasının Yerə qayıdışı ilkin olaraq aprelin 29-da planlaşdırılsa da, eniş zonasında hava şəraitinin əlverişli olmaması səbəbindən təxirə salınmışdı.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see235

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see172

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see152

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see144

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see142

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see141

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see140

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see133

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri