Çinin “Şencou 21” missiyasının astronavtları kosmik stansiyaya çatıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Pekin, 1 noyabr, AZƏRTAC
Çinin “Şencou-21” kosmik misisyasının astronavtları “Tienqon” kosmik stansiyasına çatıb.
AZƏRTAC xəbər verir ki, Çin Kosmos Agentliyi səhər erkən saatlarda “Şencou-21” kosmik gəmisinin stansiya ilə birləşdiyini, saat 4:58-də isə astronavtların stansiyaya keçdinin başladığını və prosesin uğurla bitdiyini açıqlayıb.
“Şencou-20” və “Şencou-21” missiyalarının astronavtları 5 gün stansiyada birgə çalışacaqlar. Təhvil-təslimdən sonra “Şencou-20”nin astronavtları 6 aylıq kosmos səfərini başa vurub yerə qayıdacaqlar. “Şencou-21”in astronavtları Can Lu (pilot və heyətin kapitanı), U Fey (uçuş mühəndisi) və Can Honcan da kosmosda təxminən 6 ay qalacaqlar. Onlar müxtəlif tədqiqat və texniki tapşırıqları, o cümlədən texnoloji eksperimentləri yerinə yetirəcək, biotexnoloji və kosmos tibbi daxil olmaqla bəzi elmi layihələr icra edəcəklər. Bu, Çinin 37-ci, kosmik stansiya üçün isə 6-cı astronavt missiyasıdır.
Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzini və heyətin yaşayış yerini əhatə edən əsas modul olan “Tianhe”dan və “Wentian” və “Mengtian” adlı iki laboratoriya modulundan ibarətdir. “Tianhe” 2021-ci ilin aprelində, laboratoriya modulları isə 2022-ci ilin aprelində və oktyabrında kosmosa çıxarılaraq quraşdırılıb.
Ümumi çəkisi 70 ton təşkil edən stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərir. Kosmik stansiyanın 15 ildən çox istifadə olunması nəzərdə tutulub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Baxış sayı:68
Bu xəbər 01 Noyabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















