Icma.az
close
up
RU
Çinin Tayvana hücum etmək təhlükəsi artır

Çinin Tayvana hücum etmək təhlükəsi artır

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Çin hərbi qüdrətini qısa müddətdə hərbi əməliyyatlara başlaya biləcək dərəcədə artırdığı üçün Tayvana hücum təhlükəsi yüksəlib.
Reyting.az
xəbər verir ki, bunu “Financial Times” Tayvan və Amerika rəsmilərinə, eləcə də ekspertlərə istinadla yazıb.
Tayvanlı hərbi rəsmilərdən biri deyib ki, Çinin Tayvanın işğalında rol oynayacaq hava qüvvələri və raket bölmələri “istənilən vaxt sülh dövründən müharibə dövrünə keçə biləcək qədər” təkmilləşdirilib.
Digər hərbi rəsmilər isə bildiriblər ki, Çinin hərbi əməliyyatları hazırda Tayvanın işğalı üçün çıxış limanları yaxınlığında amfibiya qüvvələrinin davamlı təlimini, Tayvana paraşütlə atılacaq ordu hava hissələrinin daimi hazırlığını və adada istənilən nöqtəni vura bilən yeni raket sistemini əhatə edir.
Tayvan Müdafiə Nazirliyinin sözçüsü qeyd edib ki, Çin sahil bazalarında yanacaq doldurmağa ehtiyac olmadan daxili bazalardan Tayvana çata bilən yeni döyüş təyyarələri - J-10, J-11, J-16 və J-20, eləcə də Y-20 tanker təyyarələri ilə döyüş radiusunu genişləndirib.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü isə bildirib ki, 10-a yaxın Çin döyüş gəmisi daimi olaraq Tayvan sahillərində yerləşdirilib. Bu o deməkdir ki, Çin gəmiləri “saat ərzində blokada vəziyyətinə keçə bilərlər...”.
Tayvan Müdafiə Nazirliyində isə deyirlər ki, döyüş gəmilərinin olması Çinin xəbərdarlıq etmədən hava hücumu edə biləcəyi anlamına gəlir.
Bu arada ABŞ kəşfiyyatından sitat gətirirlər. Bildirilir ki, 2019-cu ildə Çin lideri Si Cinping 2027-ci ilə qədər Tayvanı işğal etmək qabiliyyətini artırmağa əmr edib. ABŞ-nın Hind-Sakit Okean Komandanlığının rəhbəri Samuel Paparo Pekinin raket qüvvələrinin və kosmosda yayılan peyklərini nəzərdə tutaraq, artıq Çinin bəzi məqsədlərinə çatdığını bildirib.

ELÇİN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://reyting.az
archiveBu xəbər 27 May 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri