Icma.az
close
up
RU
Tokio Çinin Tayvana müdaxiləsinə hazırlaşır

Tokio Çinin Tayvana müdaxiləsinə hazırlaşır

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AzVision.az xəbər verir ki, hökumətdəki mənbələrə istinad edən “Kyodo” nəşrinin məlumatına əsasən, söhbət təqribən 1000 km zərbə radiusu olan gəmi əleyhinə raketlərin modernləşdirilmiş variantından gedir.
Yerləşdirmə Nansey adalar silsiləsinin təhlükəsizliyini gücləndirməyə yönəldiləcək. Bu adalar Çinin işğalı təhlükəsi altında olan Tayvana yaxın yerləşdiyi üçün strateji əhəmiyyət kəsb edir. “Type-12” raketləri Yufu (Oita prefekturası) və Kumamoto şəhərindəki Quru özünümüdafiə qüvvələrinin (QÖQ) zenit-raket alayının qarnizonunda yerləşdirilə bilər.
“Bu mərmilər fövqəladə hallar zamanı ölkəni “cavab zərbəsi vurmaq qabiliyyəti” ilə təmin etməlidir. Kyusyu adasına yerləşdirildikdə, Yapon qüvvələrinin əli Şimali Koreya və Çinin sahilyanı ərazilərinə əli çatacaq. Bununla belə, hakimiyyət bu cür hərəkətin onların ərazilərini potensial düşmənlər üçün hədəfə çevirəcəyindən ehtiyat edən yerli sakinlərin müqaviməti ilə üzləşir”, - nəşr vurğulayır.
Hələ 2022-ci ilin avqustunda Yaponiyanın bölgədə artan gərginlik səbəbindən 1000-dən çox uzaqmənzilli qanadlı raketləri hərbi arsenala qəbul edəcəyi və “Type-12” modernləşdirəcəyi bildirilmişdi. Həmin ilin dekabr ayında isə ölkə hökuməti potensial düşmənin ərazisindəki hədəflərə əks-hücum etmək hüququnu açıqlayan yeni milli təhlükəsizlik strategiyasını təsdiqlədi. Sənəddə həmçinin 2027-ci ilə qədər hərbi xərclərin demək olar ki, iki dəfə artırılaraq ÜDM-in 2%-nə çatdırılması təklif edilir.
Çin Filippinə müraciət edib 2030-cu illərin ortalarında Yaponiya Saxalindən 43 km aralıda yerləşən Hokkaydo adasında hipersəs raketləri yerləşdirməyə hazırlaşır. Cavab zərbələri endirmək qabiliyyətinə malik olmaq üçün hökumət nəinki “Type-12” raketklərinin uçuş məsafəsini artırmağı və özünün hipersəs silahların inkişafını, həm də 2500 km-ə qədər məsafə qət edə bilən Amerikanın “Tomahawk” qanadlı raketlərini almağı planlaşdırır.
Öz növbəsində ABŞ Yaponiyada “Typhon” yerüstü raket sistemlərini yerləşdirmək istəyirdi. Əvvəllər buna Moskva ilə Vaşinqton arasındakı Orta və Yaxın mənzilli nüvə qüvvələr Müqaviləsi (INF Treaty) imkan vermirdi.
“Typhon” sistemlərinin Yaponiya ərazisində yerləşdirilməsi ABŞ-yə lazım gələrsə, Çin, Rusiya və Şimali Koreyanı vurmağa imkan verəcək. Bundan əlavə, ABŞ ordusu Çin və Tayvan arasında vəziyyətin gərginləşəcəyi təqdirdə Nansey adalarının cənub-qərb silsiləsi boyunca “HIMARS” sistemləri ilə təchiz olunmuş müvəqqəti bazalar yaradacaq.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://azvision.az
archiveBu xəbər 17 Mart 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri