Icma.az
close
up
RU
Çinin Xorqos keçid məntəqəsi Avropaya yükdaşımaların mərkəzinə çevrilib

Çinin Xorqos keçid məntəqəsi Avropaya yükdaşımaların mərkəzinə çevrilib

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çin-Avropa beynəlxalq dəmir yolu yük marşrutu üzərində yerləşən Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Bölgəsindəki Xorqos keçid məntəqəsi heyrətamiz sürətlə beynəlxalq ticarəti təşviq etmək üçün mühüm nəqliyyat mərkəzinə çevrilib.

Avtosfer.az Sinxua agentliyinə istinadla xəbər verir ki, Xorqos Gömrük idarəsinin məlumatlarına görə, cari ilin birinci yarısında Çin-Avropa yük qatarları ilə bu məntəqə vasitəsilə 471 min standart konteyner (TEU - iyirmi fut ekvivalent vahid) daşınıb ki, bu da illik müqayisədə 26 faizdən çoxdur.

2016-cı ildə ilk Çin-Avropa yük qatarının Xorqos limanından yola düşməsindən bəri limanda 18 ölkənin 46 şəhərini əhatə edən ümumilikdə 88 Çin-Avropa yük marşrutu fəaliyyətə başlayıb. Bu keçid məntəqəsi vasitəsilə hər il bütün dünyaya təqribən 100 min adda mal göndərilir ki, bu da Çin istehsalı olan məhsulların “Bir kəmər, bir yol” təşəbbüsündə iştirak edən ölkələrə ixracı üçün yüksək səmərəli və sabit logistika dəhlizlərini təmin edir.

Bu ilin may ayında Xorqos Gömrük İdarəsi ölkədə ilk dəfə “ağıllı dəmir yolu keçid məntəqəsi + təyinat yerində sürətli gömrük rəsmiləşdirilməsi” modelini tətbiq edib. Bunun sayəsində idxal mallarının tranzit müddəti 2-3 gündən 16 saatdan da aşağı endirilib. Geri qayıdan yük qatarı üçün orta yükləmə müddəti orta hesabla 2 saat təşkil edir. Xorqosdan hər gün 27-dən çox Çin-Avropa qatarı keçir və gömrük həftənin hər günü 24 saat xidmət göstərir. Burada qatarların gəliş anında dərhal yoxlanılması təmin edilir ki, bu da malların gömrük rəsmiləşdirilməsi vaxtını xeyli azaldıb.

“Honqan” beynəlxalq yük ekspeditorluğu şirkətinin Xorqos filialının baş icraçı direktoru Han Sin bildirib: “Şirkətimiz 10 ildən artıqdır ki, nəzarət-buraxılış məntəqəsi agenti kimi fəaliyyət göstərir. Çin-Avropa yük qatarı xidmətləri sürətli və stabildir. Bu ilin birinci yarısında biz artıq 1300-dən çox belə qatara xidmət göstərmişik ki, bu da ötən illə müqayisədə 10 faiz çoxdur”.

Çin-Avropa marşrutları üzrə qatarlarla daşınan malların növlərinin və həcmlərinin davamlı artımını təmin etmək məqsədilə Xorqos Gömrük idarəsi əməliyyat islahatlarını davamlı olaraq dərinləşdirir, gömrük nəzarətinin dəmir yolu əməliyyatlarına inteqrasiyası, Çin-Avropa qatarları üçün xüsusi xidmət pəncərəsinin yaradılması, yükgöndərənlərin ehtiyaclarına uyğun fərdi xidmət həllərinin hazırlanması həyata keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 İyul 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri