Icma.az
close
up
RU
Çinin yüksək inkişafı Aİ ilə əməkdaşlıqda yeni imkanlar açır Si Cinpin

Çinin yüksək inkişafı Aİ ilə əməkdaşlıqda yeni imkanlar açır Si Cinpin

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çin və Avropa İttifaqı (Aİ) açıqlığa və əməkdaşlığa sadiq qalmalı, fikir ayrılıqlarını müvafiq şəkildə həll etməlidirlər.

525.az xəbər verir ki, bu barədə Çin Sədri Si Cinpin Çin-Avropa İttifaqı 25-ci sammitində iştirak etmək üçün Pekində səfərdə olan Avropa İttifaqı Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə görüşü zamanı deyib.

Si Cinpin bildirib ki, tarix və reallıq göstərir ki, qarşılıqlı asılılıq risk yaratmır, maraqların bir-birinə qarışması isə təhlükə deyil, rəqabət qabiliyyətini “divarlar ucaltmaqla və maneələr yaratmaqla” artırmaq olmaz, zəncirləri ayırmağa və qırmağa çalışmaq yalnız özünü təcrid etməyə gətirib çıxarır.

O deyib ki, “asılılığın azaldılması” Çin və Aİ arasında əməkdaşlığın səviyyəsinə təsir göstərməməlidir: “Mahiyyət etibarilə bir-birini tamamlayan və qarşılıqlı faydalı olan ikitərəfli ticari-iqtisadi əlaqələr inkişaf yolu ilə dinamik tarazlığa nail olmalıdır.  Çinin yüksək inkişafı və açıq olması Çin və Aİ arasında əməkdaşlıq üçün yeni imkanlar, yeni üfüqlər açır”.

Si Cinpin hər iki tərəfi yaşıl və rəqəmsal tərəfdaşlıqları dərinləşdirməyə və qarşılıqlı investisiya əməkdaşlığını təşviq etməyə çağırıb. Ümid etdiyini bildirib ki, Aİ ticarət və investisiya bazarlarını açıq saxlayacaq, məhdudlaşdırıcı ticarət və iqtisadi alətlərdən istifadədə təmkinli olacaq və Aİ-də sərmayə qoymaq və biznes qurmaq istəyən Çin müəssisələri üçün əlverişli biznes mühiti yaradacaq.

O, sabit və sağlam Çin-Aİ ikitərəfli münasibətlərini qorumaqla dünyaya daha çox sabitlik və əminlik gətirməyə çağırıb.  Bu ilin Çin ilə Aİ arasında diplomatik əlaqələrin qurulmasının 50 illiyi və Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 80 illiyi olduğunu qeyd edən Si Cinpin Çin-Avropa İttifaqı münasibətlərinin yenidən mühüm tarixi qovşaqda olduğunu əlavə edib.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://525.az
archiveBu xəbər 24 İyul 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see532

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see252

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see237

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see236

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see227

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see216

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see215

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see214

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see209

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see186

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see178

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see177

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see163

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see157

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri