Icma.az
close
up
RU
Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıqda yeni imkanlar

Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıqda yeni imkanlar

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


“Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfəri Avropada Azərbaycana artan maraqdan irəli gəlir. Hazırkı vəziyyətdə artan regional münaqişələr Avropanın enerji təhlükəsizliyi, onun enerjiyə olan tələbatını ciddi şəkildə təhdid altında qoyub. Rusiya-Ukrayna müharibəsinin ardınca ABŞ-İran savaşı ölkələrin enerji təminatı və təchizatını problemsiz ötüşdürməyib. Bu təhdid təbii ki, Avropadan da yan keçmir. Ona görə də indiki məqamda Avropanın Azərbaycanın enerji resurslarına ehtiyacı özünü daha qabarıq şəkildə büruzə verir. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfəri də məhz bundan qaynaqlanır”.
Newscenter.az xəbər verir ki, bunları politoloq Arzuman Muradlı Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfərini şərh edərkən deyib. O diqqətə çatdırıb ki, Bakıda baş tutan yüksəksəviyyəli görüş zamanı prezidentlər Azərbaycan-Avropa İttifaqı (Aİ) tərəfdaşlığının strateji əhəmiyyətini vurğulayaraq, təhlükəsizlik, enerji və nəqliyyat sahələrində əməkdaşlığa diqqət çəkdilər:
“Həmçinin, görüşdə son dövrlərdə keçirilmiş yüksəksəviyyəli görüşlərin müsbət dinamikasına əsaslanaraq siyasi dialoqun və praktiki əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqliklərini ifadə etdilər. Çünki qeyd edilən istiqamətlərdə qurulan əməkdaşlıq hər iki tərəfin, Avropa İttifaqı və Azərbaycanın ortaq maraqlarına xidmət edir. Avropa Azərbaycan qazı hesabına özünün enerji təhlükəsizliyini təmin edir, Azərbaycan isə öz növbəsində qaz tədarükü etdiyi ölkələrin sayını artırır. Görüşdə də qeyd edildiyi kimi yaxın perspektivdə Azərbaycan qazının tədarükünün 20 milyard kubmetrə çatdırılacağı nəzərdə tutulur ki, bu da ölkəmiz üçün yeni bazarların amılması deməkdir".
Arzuman Muradlı deyib ki, Antonio Koştanın ölkəmizə səfəri Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıqda yeni imkanlar açacaq.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 13 Mart 2026 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see331

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see322

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see312

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see305

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see304

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see276

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see274

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see267

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see267

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see264

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see252

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see247

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see246

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see215

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see214

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see206

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see190

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see190

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri