Icma.az
close
up
RU
Çinlə ABŞ arasında Panama kanalı uğrunda rəqabəti böyüyür: Trampın əsas məqsədi...

Çinlə ABŞ arasında Panama kanalı uğrunda rəqabəti böyüyür: Trampın əsas məqsədi...

Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"ABŞ Prezidenti Donald Tramp Prezidentliyinin ikinci müddətində ticarət müharibələrinə başlamağı qarşısına hədəf qoyub. “ABŞ bundan sonra axmaq ölkə olmayacaq” deyən Tramp başqa ölkələrə trilyonlarla dollar xərcləməyəcəyini bildirib. Trampın sözlərinə görə, ABŞ-ın Kanada, Meksika və Çinlə ticarətində böyük kəsiri var. Ağ Ev sahibi bu 3 ölkənin ABŞ-dan 36 trilyon dollar qazandığını iddia edib. Bu iddiaları Kanada, Meksika və Çin qəbul etmirlər. “Global Times” nəşrinin yazdığına görə, Çin ABŞ-ın başlatdığı ticarət müharibəsinə görə üzv olduğu Ümumdünya Ticarət Təşkilatına şikayət edib. Pekin ABŞ-ın Çin məhsullarına yüksək rüsumlar tətbiq etməsindən narazıdır".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, Tramp seçkidən əvvəl bəyan etdiyi hədəflərindən imtina etmək istəmir: " Onun birinci Prezidentliyi dövründə əsas hədəfi Çin idisə, bu dəfə siyahıya başqa ölkələr də əlavə olunub. Tramp birinci növbədə Panama kanalına nəzarəti ələ keçirməyi və Çin şirkətlərini oradan uzaqlaşdırmağı planlaşdırıb. Çin şirkətlərinin kanal ətrafındakı limanları idarə etməsi Trampı ciddi narahat edir. Ağ Ev sahibinin fikrincə, kanaldan keçən ABŞ ticarət gəmilərinə tətbiq edilən yüksək rüsumlar ədalətsizdir. Əslində rüsumlar bəhanədir. Tramp kanalı inşa edən və uzun illər onu idarə edən Amerikanın əvvəlki mövqeyini bərpa etmək istəyir. Görünür, Ağ Ev sahibi hesab edir ki, Çin Panama dövləti vasitəsilə kanal üzərindən ABŞ ticarətini boğmağa çalışır".

E.Şahinoğlu diqqətə çatdırıb ki, dünya ticarətinin 5 faizi Panama kanalı üzərindən həyata keçirilir: "ABŞ ticarət gəmilərinin 40 faizi kanaldan keçməklə limanlara yaxınlaşır. Bu sırada ABŞ birinci yerdə qaərar tutub. Kanaldan istifadəyə görə ikinci yerdə Çin, üçüncü yerdə Yaponiyadır. Kanal 1999-cu ildə Panama dövlətinin nəzarətinə keçib. Bu 25 ildə Panamanın kanaldan istifadəyə görə gəlirləri artıb. 2024-cü ildə Panama kanalından əldə edilən gəlir 5 milyard dollar olub. Beləliklə, Karib dənizi ilə Sakit okean arasında körpü rolunu oynayan Panama kanalı uğrunda mübarizə şiddətlənib. Panama Prezidenti kanalı ABŞ-a təhvil verməyəcəyini bildirsə də, Vaşinqtonla ortaq məxrəcə gəlməyə hazır olduğunu nümayiş etdirib".

Politoloq hesab edir ki, ABŞ-ın əsas məqsədi Çini oradan uzaqlaşdırmaqdır: "Dövlət katibi Marko Rubionun Panamaya səfəri zamanı Çin şirkətlərinin kanal ətrafındakı limanlardan uzaqlaşdırılması mövzusu müzakirə olunub. Ancaq bu asan başa gəlməyəcək. Panama Çin şirkətləri ilə müqavilələrdən birtərəfli şəkildə çıxarsa, Pekin məsələni beynəlxalq məhkəməyə daşıyacaq. Panama kanalından istifadə Pekin üçün həm iqtisadi, həm də geosiyasi əhəmiyyət daşıyır. Çin Panama kanalından istifadə etməklə Latın Amerikasında mövqelərini gücləndirir. Panama Pekinin təzyiqi ilə Tayvan adasıyla əlaqələri kəsib. Panama Çinin “bir kəmər, bir yol” layihəsinə qoşulub. Ümumiyyətlə bu layihəyə qoşulan Latın Amerikası ölkələrinin say 21-dir. Vaşinqtonun Panama kanalını nəzarətə götürməsi səbəblərindən biri də budur.

Bu arada, Trampın Çinlə ticarət müharibəsinə başlaması bu ölkədə iqtisadi fəallığa mənfi təsir edir. Yanvar ayında Çində sənaye istehsalı o biri aylara nisbətən azalıb. Bunu Donald Trampı hakimiyyətə gəlişi və verdiyi qərarlarla əlaqələndirmək olar".

Məğrur,

Sitat.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://sitat.info
archiveBu xəbər 05 Fevral 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri