Icma.az
close
up
RU
Çinlə əməkdaşlıq iqtisadi inkişafa töhfə verəcək Naqif Həmzəyev

Çinlə əməkdaşlıq iqtisadi inkişafa töhfə verəcək Naqif Həmzəyev

Metbuat saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Çin Xalq Respublikasına baş tutan işgüzar səfəri məhsuldar oldu. Xüsusilə Çində “ŞƏT Plus” formatında keçirilən sammitdə Azərbaycan Prezidentinin iştirakı, orada geniş nitq söyləməsi və görüş öncəsi və sonrasında keçirdiyi görüşlər yüksək qiymətləndirilməlidir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib. Müsahibimiz vurğulayıb ki, hərtərəfli strateji tərəfdaşlığa dair sənədin imzalanması Çin–Azərbaycan münasibətlərində yeni bir səhifə açıb:

“Bu sonuncu səfər də iki ölkə arasındakı münasibətləri daha da irəli aparmaq üçün əla bir fürsət oldu. Aparılan müzakirələr Azərbaycanın Çin iqtisadiyyatına çıxışını asanlaşdıraraq ölkəmizə Çin texnoloji yeniliklərinə birbaşa çıxış imkanı yaradıb. Bu əməkdaşlıq Azərbaycan üçün strateji əhəmiyyət daşıyan yaşıl enerji layihələrinin reallaşması üçün də yeni fürsətlər gətirib. Dünya liderləri və digər dövlət başçıları ilə keçirilən görüşlərlə paralel olaraq Çindəki beynəlxalq şirkət və korporasiyaların rəhbərləri ilə aparılan müzakirələr sadaladığım məsələlərin operativ və intensiv həllinə hədəflənib. Çin Xalq Respublikasının Prezidenti cənab Si Cinpinlə baş tutan görüş zamanı Çin liderinin “Mənim əziz dostum” deyərək müraciət etməsi iki lider arasında çox xoş və səmimi münasibətin mövcud olduğunu göstərir”.

Naqif Həmzəyev qeyd edib ki, cənab Prezidentin Türkiyə və Pakistan liderləri, MDB ölkələrinin dövlət başçıları və türkdilli dövlətlərin liderləri ilə keçirdiyi görüşlər xüsusi olaraq qeyd edilməlidir:

“Rusiya Prezidenti Vladimir Putinlə cənab Prezident arasında hər hansı bir görüşün olub-olmayacağı jurnalistlər tərəfindən maraqla izlənilirdi. Ancaq parad zamanı, parad öncəsi Vladimir Putin cənab Prezident və hörmətli Mehriban xanımla salamlaşma səhnəsinə şahidlik etdik. Sonradan isə Vladimir Putin Çindən mətbuat açıqlaması zamanı ona ünvanlanan Azərbaycanla bağlı sualı cavablandıraraq, Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasının vacibliyini və Azərbaycana önəm və dəyər verdiklərini vurğuladı.

Eyni zamanda, parad öncəsi xatirə fotosu və sammit öncəsi verilən ziyafətdə liderlərin bir araya gələrək çəkilmiş xatirə fotosu Azərbaycan mövqeyinin Çin və tədbirdə iştirak edən digər dövlət liderləri üçün nə qədər önəmli olduğunu nümayiş etdirdi. Hesab edirəm ki, səfərin nəticələri Azərbaycanın iqtisadiyyatının güclənməsinə, Azərbaycanın artan mövqeyinin daha da inkişaf etməsinə və qeyri-neft sektorunun inkişafına töhfə verəcəkdir”.

Gülbəniz Hüseynli / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:43
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 05 Sentyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see147

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see131

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see127

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri