Icma.az
close
up
RU
Çinlilər Rusiyanı BELƏ ələ keçirir Duqindən ŞOK XƏBƏRDARLIQ

Çinlilər Rusiyanı BELƏ ələ keçirir Duqindən ŞOK XƏBƏRDARLIQ

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Rusiyada hökumət demoqrafik böhrana qarşı çıxış yolları axtarır. Artıq bu məsələyə siyasi və ideoloji təbliğat səviyyəsində yanaşılır. Ölkə daxilində qeyri-slavyan etnik qrupların artımı və rus xalqının sayının azalması Kremlin narahatlıq doğuran əsas mövzularından birinə çevrilib.

Hurriyyet.az Minval.az-a istinadla xəbər verir ki, Rusiya dövlətinə yaxın dairələr bu problemin həlli üçün qeyri-rəsmi ideoloji xətt müəyyənləşdiriblər.

Bu ideyanın əsas müdafiəçilərindən biri – tanınmış filosof, “Tsarqrad” İnstitutunun rəhbəri və “Putinist təbliğatçı” kimi tanınan Aleksandr Duqindir.

Duqinin “xilas planı”: ənənəyə dönüş, şəhərlərin transformasiyası və miqrasiya qadağası

Aleksandr Duqin rus xalqının demoqrafik yoxa çıxmasının qarşısını almaq üçün üç əsas istiqamət təklif edir:

Ənənəvi həyat tərzinə dönüş: Duqinin fikrincə, modernləşmə cəmiyyətin çöküşünə səbəb olur. O, dini dəyərlərin gücləndirilməsi, erkən nikahların təşviqi, abort və boşanmalara qadağa, çoxuşaqlılığın isə norma kimi qəbul edilməsini təklif edir. Ona görə, yalnız bu şəkildə rus xalqının sayını artırmaq mümkündür.

Şəhər mühitinin transformasiyası və “şəhərlərin üfüqi inkişafı”: Duqin hündürmərtəbəli binalardan imtinanı və kənd mənşəli ailələrin şəhər mühitində tədricən assimilasiya olunmasının qarşısını almağı təklif edir. O bildirir ki, şəhərlər genişlikdə inkişaf etməlidir: “Bizim torpağımız çoxdur.”

Əmək miqrasiyasının tam dayandırılması: Duqin iddia edir ki, əgər ruslar yox olmasa da, “başqaları” onlara bu işdə “kömək edəcək”. Bu fikirlə o, əmək miqrasiyasının rus xalqının süqutunu sürətləndirdiyini düşünür. Duqin miqrantların əvəzləyici deyil, dağıdıcı güc olduğunu bildirir: “Əgər biz rus xalqını qoruyub saxlamaq istəyiriksə, miqrasiyanı sıfıra endirməliyik.”

Çin faktoru və real təhlükə

Duqin həmçinin Çinin təsirindən ehtiyatlanır. Onun fikrincə, çinlilər artıq Rusiya cəmiyyətinə o qədər dərindən nüfuz ediblər ki, bu prosesin qarşısını almaq uzun illər və çoxsaylı dövlət proqramları tələb edir. Əgər Orta Asiyadan gələn miqrantlar əsasən xidmət sektorunda çalışırlarsa, çinlilər daha strateji mövqelərə yerləşiblər.

“Rusiya ruslar üçün” – köhnə nasist tezisi yenidən gündəmdə

Rusiya prezidenti Vladimir Putin tez-tez ölkənin çoxmillətli olduğunu vurğulasa da, Duqin açıq şəkildə “Rusiya ruslar üçündür” ideyasını təbliğ edir. Bu isə Rusiya cəmiyyətində yeni bir ideoloji təbəqələşmənin formalaşmaqda olduğunu göstərir.

Ekspertlər bildirirlər ki, təkcə miqrantları ölkədən göndərməklə və ya “ənənəvi dəyərlər”i zorla tətbiq etməklə demoqrafik böhran həll edilə bilməz. Rusiya bu problemi köklü sosial-iqtisadi islahatlarla həll etməsə, Duqinin təklifləri yalnız radikal millətçiliyin alovlanmasına xidmət edə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 İyul 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri