Icma.az
close
up
RU
Cinlitəpədə Neolit dövrünə aid arxeoloji tapıntılar aşkarlanıb

Cinlitəpədə Neolit dövrünə aid arxeoloji tapıntılar aşkarlanıb

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tapıntıların hamısı bölgənin Şomutəpə mədəniyyəti üçün xarakterik xüsusiyyət daşıyır

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun “Ağstafa” arxeoloji ekspedisiyası iyun–iyul aylarında Ağstafa rayonunda Neolit dövrünə aid Cinlitəpə yaşayış yerində arxeoloji qazıntılar həyata keçirib. Ekspedisiyaya professor Nəcəf Müseyibli rəhbərlik edib.

İnstitutdan AYNA.AZ-a bildirilib ki, tədqiqatlar Ağstafa rayonunun Yuxarı Göycəli kəndindən 2 kilometr şimalda, Eynallı kəndindən isə 800 metr qərbdə yerləşən qədim yaşayış məskənində aparılıb. Qazıntıların məqsədi bölgənin Neolit dövrü tarixi və Şomutəpə mədəniyyətinə dair yeni elmi faktların üzə çıxarılması olub.

Cinlitəpədə aparılan arxeoloji qazıntılar zamanı Neolit dövrünə aid zəngin maddi-mədəniyyət nümunələri üzə çıxarılıb. Alimlər bildirirlər ki, tapıntıların hamısı bölgənin Şomutəpə mədəniyyəti üçün xarakterik xüsusiyyət daşıyır.

Arxeoloji qazıntılar nəticəsində dairəvi planlı yaşayış evləri, təsərrüfat tikililəri və 20-dən çox tikili qalığı aşkar edilib. Tədqiqatçılar, həmçinin Şomutəpə mədəniyyəti üçün qeyri-adi sayılan kvadrat formalı kərpiclə tikilmiş divar qalığını müəyyən ediblər. Ərazidən obsidian və çaxmaqdaşından hazırlanmış çoxsaylı kəsici alətlər, yığma oraq dişləri, istehsal tullantıları, eləcə də çay daşından hazırlanmış dən daşları, baltalar, həvənglər və digər əmək alətləri tapılıb. Sümükdən hazırlanmış bizlər, cilalayıcı alətlər və toxalar isə bölgədə əkinçilik və sənətkarlığın inkişaf etdiyini göstərir.

Qazıntılar zamanı müxtəlif formalı saxsı qab fraqmentləri də aşkar olunub. Qabların alt hissəsində toxunmuş həsir izlərinin olması Neolit dövründə həm dulusçuluğun, həm də toxuculuğun mövcudluğunu təsdiqləyən mühüm fakt kimi qiymətləndirilir. Diqqətçəkən tapıntılar sırasında gildən hazırlanmış iki qadın fiquru da yer alır. Tədqiqatçılar bu fiqurların Neolit dövrünə aid qadına sitayiş inamı ilə bağlı olduğunu bildirirlər.

Arxeoloqların fikrincə, Cinlitəpədə aparılan qazıntılar Azərbaycanın Neolit dövrü tarixi, Şomutəpə mədəniyyətinin inkişafı, qədim insanların yaşayış tərzi, təsərrüfatı, sənətkarlığı və dini inanclarının öyrənilməsi baxımından elmi əhəmiyyət daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://ayna.az
archiveBu xəbər 30 İyul 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri