Icma.az
close
up
RU
Goranboyda Neolit dövrünə aid maddi mədəniyyət nümunələri aşkarlanıb

Goranboyda Neolit dövrünə aid maddi mədəniyyət nümunələri aşkarlanıb

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Goranboyda rayonun Tatarlı kəndi ərazisində Muncuqlutəpə nekropolunda arxeloji qazıntılar zamanı Neolit dövrünə aid maddi-mədəniyyət nümunələri — saxsı qablar, daşdan hazırlanmış, əsasən əkinçilikdə istifadə olunan əmək alətləri, obsidian, həmçinin çaxmaqdaşından hazırlanmış kəsicilər və insan skeletləri aşkar edilib.

Bu barədə APA-nın yerli bürosuna Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktor, dosent Müzəffər Hüseynov bildirib.

Müzəffər Hüseynov qeyd edib ki, aşkar edilən nümunələrin eramızdan əvvəl təxminən 6-cı minilliyin sonuna aid olduğu güman edilir: “Qazıntı işləri Goranboyun Tatarlı kəndinin ərazisində 1 hektar ərazidə aparılır. 2025-ci ildə aparılan arxeoloji tədqiqatlar çox maraqlı elmi nəticələr verib. Tatarlı kəndinin ərazisində aşkarlanan Muncuqlutəpə nekropolu 2007-ci ildə qeydə alınıb. 2025-ci ildə nekropolda daha 6 qəbir qazılaraq tədqiq edilib. Qəbirlərin 3-ü böyük, 3-ü isə azyaşlı şəxslərə aiddir. Qəbir abidələrindən zəngin arxeoloji materiallar aşkarlanıb. Aşkar edilənlər saxsı qablar əsasən qara cilalıdır. Üzəri müxtəlif heyvan və həndəsi naxışlarla bəzədilmiş qablar üstünlük təşkil edir. Nekropoldan aşkar edilmiş Assuriya tipli qablar qeyri-adi naxışlarla işlənib. Qəbirlərdə skeletlərin yanında tunc və dəmirdən hazırlanmış silahlar — xəncərlər, bıçaqlar, ox ucluqları aşkar edilib. Nekropolda bəzək əşyaları, xüsusilə muncuqlar üstünlük təşkil edir. Bəzək əşyaları müxtəlif mineral və metaldan hazırlanıb, fərqli forma və rənglərdədir. Yaşayış yerinin erkən tunc dövrünə — Kür-Araz mədəniyyətinə aid təbəqəsindən təsərrüfat quyuları, ocaq yerləri, yarımqazma ev qalıqları və zəngin arxeoloji materiallar aşkarlanıb. Arxeoloji materiallara erkən tunc dövrü üçün xarakterik olan yarımdairəvi qulplara malik saxsı qablar, daş əmək alətləri, obsidian və çaxmaqdaşından hazırlanmış kəsicilər daxildir. Çoxtəbəqəli yaşayış yerində arxeoloji qazıntıların gələcək illərdə də davam etdirilməsi qərara alınıb”.

Müzəffər Hüseynov nəzərə çatdırıb ki, ümumilikdə Tatarlı kəndi ərazisində son tunc erkən dəmir dövrünə aid 35-ə qədər qəbir aşkarlanıb.

Qeyd edək ki, Goranboy rayonu ərazisində 28 dövlət qeydiyyatında olan, 40 yeni aşkar olunmuş abidə var. Rayonun ərazisində aparılan qazıntı işlərində Azərbaycan arxeoloqları ilə bərabər xarici arxeoloqlar da iştirak edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://apa.az
archiveBu xəbər 02 Avqust 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see138

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri