Icma.az
close
up
RU
cinsi azlıq nümayəndəsinin pullarını oğurladı KONKRET

cinsi azlıq nümayəndəsinin pullarını oğurladı KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Abşeron Rayon Məhkəməsində oğurluqda və soyğunçuluqda təqsirləndirilən Zahid Quliyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il 2 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbs olunub.

İttihama görə, Zahid Quliyev sosial şəbəkə vasitəsilə tanış olduğu zərərçəkmiş Kərim Kərimova (adı, soyadı şərtidir) qarşı oğurluq əməli törədib. Belə ki, 19 iyun 2025-ci il tarixdə saat 13:07 radələrində zərərçəkmiş şəxsin yaşadığı mənzildə olarkən, onun mətbəxdə olmasından istifadə edərək qonaq otağında kreslonun üzərində yerləşən əl çantasını götürüb. Həmin çantanın içərisində 3077 manat nağd pul, 310 ABŞ dolları (527 manat ekvivalentində), 200 manat dəyərində “Etro” markalı pul qabı, 2500 manat dəyərində “iPhone 16 Pro Max” markalı mobil telefon, telefonun üzərində olan 50 manat dəyərində mobil nömrə və 200 manat dəyərində “Armani” markalı əl çantası olub. Təqsirləndirilən şəxs həmin əşyaları götürərək mənzildən qaçıb və bununla da zərərçəkmiş şəxsə ümumilikdə 6 554 manat məbləğində maddi ziyan vurub.

İstintaq materiallarına əsasən, Zahid daha sonra tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama – yəni soyğunçuluq cinayəti də törədib.

Belə ki, 01 sentyabr 2025-ci il tarixdə saat 17 radələrində o, “TikTok”da tanış olduğu zərərçəkmiş Pərvanə Əmirovanı (adı, soyadı şərtidir) Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Riyad” ticarət mərkəzinin qarşısından “Hyundai Elantra” markalı avtomobilə mindirərək Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən dənizkənarı çimərliyə aparıb. Axşam saat 20:00 radələrində geri qayıdarkən təqsirləndirilən şəxs zərərçəkmişdən avtomobildən enərək təkərlərə baxmasını istəyib. Pərvanə avtomobildən enən kimi, Zahid maşını qəfil hərəkətə gətirərək hadisə yerindən uzaqlaşıb. Nəticədə zərərçəkmiş şəxsə məxsus avtomobildə qalan 2570 manat dəyərində “iPhone 15 Pro” markalı mobil telefon, 5 manat dəyərində mobil nömrə, 10 manat dəyərində telefon üzlüyü, 41 manat nağd pul, 10 manat dəyərində pul kisəsi və 95 manat dəyərində “Pinko” markalı qadın çantası talanıb. Bu hadisə nəticəsində Pərvanəyə ümumilikdə 2 731 manat məbləğində maddi ziyan dəyib.

İttihamda göstərilib ki, təqsirləndirilən şəxs oxşar üsulla daha bir soyğunçuluq əməli törədib. Belə ki, 03 sentyabr 2025-ci il tarixdə saat 16 radələrində Bakı–Sumqayıt şosesinin Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində yerləşən “Araz” marketin arxa tərəfində idarə etdiyi avtomobilə sərnişin qismində əyləşmiş tanışı zərərçəkmiş Fəridə Abbaszadəni (adı, soyadı şərtidir) qabaqcadan düşünülmüş bəhanə ilə avtomobildən endirib. O, zərərçəkmiş şəxsə guya yerə nəyinsə düşdüyünü deyərək avtomobildən enməsini istəyib. Zərərçəkmiş şəxs avtomobildən düşdükdən sonra isə Zahid maşını idarə edərək hadisə yerindən uzaqlaşıb.

Beləliklə, zərərçəkmiş şəxsə məxsus 30 manat dəyərində çanta, çantanın içərisində 275 manat nağd pul, 1200 manat dəyərində “Samsung Galaxy A56” markalı mobil telefon, 6 manat dəyərində telefon qoruyucusu, 7 manat dəyərində mobil nömrə, 10 manat dəyərində fırça və bir ədəd bank kartı açıq yolla talanıb. Bu hadisə nəticəsində zərərçəkmiş şəxsə ümumilikdə 1 528 manat məbləğində maddi ziyan vurulub.

Beləliklə, Zahid Quliyev əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq) və 180.2.2-ci (təkrar soyğunçuluq) maddələri ilə tövsif edilib.

Cinayət işinin məhkəmə baxışı zamanı Zahid Quliyev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən “Azar” sosial şəbəkəsində “Nara” adı ilə qeydiyyatdan keçmiş şəxslə tanış olub və həmin şəxsin qadın olduğunu düşünüb. Təxminən 10–15 gün sonra görüş zamanı “Nara” adlı istifadəçinin əslində qadın olmadığını, cinsi azlıq nümayəndəsi olan zərərçəkmiş Kərim Kərimov olduğunu öyrənib. Bu səbəbdən onunla əlaqəni kəsib və mobil nömrəsini bloklayıb. Lakin sonradan maddi çətinliklər səbəbindən həmin şəxslə yenidən əlaqə saxlayıb. O bildirib ki, guya avtomobilinin yol polisi tərəfindən saxlanılaraq cərimə meydançasına aparıldığını və onu çıxarmaq üçün pula ehtiyacı olduğunu deyərək zərərçəkmiş şəxsdən kömək istəyib.

Zahid bildirib ki, görüş zamanı Kərimin diqqətindən istifadə edərək əl çantasını götürüb və mənzildən çıxaraq qaçıb. Daha sonra taksi ilə Sumqayıt şəhərinə gedib və oğurladığı pulların bir hissəsini xərcləyib.

Təqsirləndirilən şəxs qeyd edib ki, son aylarda müxtəlif internet saytlarında qumar oyunları oynayıb və xeyli miqdarda pul uduzduğuna görə maddi problemlər yaşayıb. Bu səbəbdən borclarını ödəmək və yenidən qumar oyunlarına pul yatırmaq məqsədilə müxtəlif üsullarla pul əldə etməyə çalışıb.

O, sosial şəbəkələrdə tanış olduğu digər şəxslərlə görüşərək onlara müxtəlif bəhanələr gətirib, bəzən isə avtomobildən enmələrini xahiş edərək onların əşyalarını götürüb uzaqlaşdığını etiraf edib.

Zahid məhkəmədə söyləyib ki, bəzi oğurladığı əşyalar və pulların bir hissəsi polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb və zərərçəkmiş şəxslərə qaytarılıb.

O həmçinin deyib ki, törətdiyi soyğunçuluq hadisələri zamanı yanında başqa şəxs olmayıb və cinayətləri tək törədib. Onun sözlərinə görə, hadisələr zamanı üzərində bıçaq olmayıb və zərərçəkmiş şəxsləri bıçaqla hədələməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Mart 2026 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see321

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see321

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see319

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see259

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see253

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see252

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see249

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see245

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see245

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see232

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see212

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see207

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see207

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see204

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see202

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri