Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda nənəsinin evindən xalasının pullarını oğurlayan şəxsə cəza verilib.
"Yeni Sabah" "Qaynarinfo"ya istinadla xəbər verir ki, hadisə ilə bağlı 1998-ci il təvəllüdlü Ə.İ.-nin barəsində Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə açılan cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, 2026-cı ilin fevral ayının əvvəllərində Ə.İ. Xətai rayonunda nənəsi Əminənin evinə gedib. O, orada nənəsi ilə birgə yaşayan fiziki məhdudiyyətli xalası Güllərin 8 000 manat pulunu oğurlayıb. Dördpendirli pizza
O, oğurladığı vəsaitlə Xəzər rayonunun Şüvəlan qəsəbəsində gündəlik kirayə haqqı 250 manat olan həyət evi tutub, qalan pulu isə əyləncələrə xərcləyib. Məhkəmədə əməlindən peşman olduğunu bildirən Ə.İ. dəymiş ziyanı tamamilə ödədiyini və zərərçəkmiş xalası ilə barışdığını qeyd edib.
Məhkəmənin hökmü ilə Ə.İ. şübhəli şəxs qismində saxlanıldığı 2 gün çıxılmaqla, 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Məhkəmə onun üzərinə cəza müddətində axşam saat 23:00-dan səhər 07:00-dək yaşayış yerini tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsini qoyub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 25 İyun 2026 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















