Cinsi cinayətkar Epşteyn işi ilə bağlı sabiq dövlət məmurları dindirməyə çağrıldı
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
ABŞ Konqresi ictimai rezonans doğuran Epşteyn işi üzrə ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton və keçmiş Prezident Bill Klintonu, eləcə də FTB və Ədliyyə Departamentinin keçmiş rəhbərlərini dindirməyə çağırıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, istintaqa çağırış vərəqələrinin göndərildiyi sabiq yüksək vəzifəli şəxslərin siyahısında FTB rəhbərləri Ceyms Komi və Robert Müllerin, əvvəlki baş prokurorlar Loretta Linç, Erik Holder, Uilyam Barr, Ceff Seşns, Alberto Qonsales və Merrik Qarlandın da adı var.
Bundan əlavə, Ədliyyə Departamentindən avqustun 19-dək Epşteyn işi ilə bağlı bütün materialları, o cümlədən ABŞ-nin keçmiş Prezidenti Co Bayden administrasiyası ilə yazışmaları Komitəyə təqdim etmələri tələb olunur.
Məlumata görə, Epşteyn işi ilə bağlı sabiq dövlət məmurlarının dindirilməsi avqustun 18-də başlayacaq və oktyabrın ortalarına qədər davam edəcək.
Qeyd edək ki, milyarder cinsi cinayətkar Cefri Epşteyn işi ilə bağlı araşdırma çərçivəsində çoxsaylı sabiq yüksək vəzifəli şəxslərin adları hallanır.
O, yetkinlik yaşına çatmayan qız uşaqlarını və çox sayda insanı cinsi istismarda və seks məqsədli insan qaçaqçılığı etməkdə ittiham olunurdu.
Epşteynin həbsxanda intiharından sonra onun digər vəzifəli və məşhur şəxslərin adlarının ortaya çıxması üçün öldürüldüyünə dair məlumatlar səslənməyə başladı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 05 Avqust 2025 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















