Icma.az
close
up
RU
“Epşteyn işi” ilə bağlı şok detallar

“Epşteyn işi” ilə bağlı şok detallar

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Ədliyyə Nazirliyi, 30 günlük müddətin tamamlanmasından sonra, azyaşlı qızlara qarşı fahişəlik şəbəkəsi qurmaqda ittiham olunduğu vaxt həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynlə bağlı dosyaların bir hissəsini yayımlamağa başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, “Epşteyn Dosyaları Şəffaflıq Aktı”nın Konqresdən keçməsindən və müvafiq sənədlərin 30 gün ərzində açıqlanacağının elan edilməsindən sonra bu sənədlərlə bağlı yeni inkişaf baş verib.

Buna əsasən, Epşteyn istintaqına dair qeydlərin bir hissəsi ABŞ Ədliyyə Nazirliyi tərəfindən ictimaiyyətə açıqlanmağa başlanıb. Sözügedən sənədlər, Epşteynin azyaşlı qızlara qarşı cinsi istismarı ilə bağlı təxminən 20 il davam etmiş hökumət araşdırmalarına indiyə qədərki ən ətraflı baxışı təqdim edə biləcəyi gözləntisi ilə ictimaiyyətdə böyük maraq və həyəcan doğurub.

Yayımlanan sənədlərdə Trampın adının bir dəfə belə çəkilməməsi və çoxlu səhifələrin əvvəldən axıra qədər senzuralanması “Ağ Evdən müdaxilə olubmu?” sualını gündəmə gətirib.Eyni zamanda, yayımlanan fotolarda isə daha çox Bill Klintonun diqqət çəkdiyi görülür. Məşhur müğənni Maykl Cekson da açıqlanan fotolarda yer alır.

“Fox News”-ə danışan ABŞ Ədliyyə Nazirinin müavini Todd Blanş, sənədlərin hamısının deyil, yalnız bir hissəsinin yayımlanacağını əvvəlcədən bildirmişdi.Blanş sənədlərin tam şəkildə açıqlanmamasının səbəbinin qurbanların qorunması olduğunu vurğulayaraq bildirib:

“Bu səbəbdən etdiyimiz iş, təqdim edəcəyimiz hər bir sənədi ayrı-ayrılıqda yoxlamaq və hər bir qurbanın adının, kimliyinin və hekayəsinin qorunmalı olduğu ölçüdə tam şəkildə gizli saxlanılmasını təmin etməkdir. Buna görə də qarşıdakı bir neçə həftə ərzində daha çox sənəd yayımlayacağımızı düşünürəm”.

Xatırladaq ki, ən kiçiyi 14 yaşında olmaqla, 18 yaşdan aşağı onlarla qız uşağına cinsi istismarda bulunmaq və fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə mühakimə olunan Epşteyn, 10 avqust 2019-cu ildə Nyu-Yorkdakı Manhetten Metropoliten Həbsxanasındakı kamerasında ölü tapılmışdı.

Açıqlanan Epşteyn məhkəmə sənədlərində Britaniya şahzadəsi Endryu, ABŞ Prezidenti Donald Tramp, keçmiş ABŞ prezidenti Bill Klinton, İsrailin keçmiş baş naziri Ehud Barak, ABŞ-nin keçmiş vitse-prezidenti Al Qor, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüziya ustası Devid Koperfild, hüquqşünas Alan Derşovits və keçmiş Nyu-Meksiko qubernatoru Bill Riçardson kimi tanınmış şəxslərin adları yer alıb.

ABŞ Federal Təhqiqat Bürosu, ABŞ Ədliyyə Nazirliyi ilə birlikdə apardığı araşdırmanın nəticəsində, məşhur şəxslərdən ibarət bir “müştəri siyahısı”nın mövcud olduğuna dair hər hansı sübuta rast gəlinmədiyini, hökumət rəsmiləri, tanınmış şəxslər və iş adamlarının da daxil olduğu şəxslərin cinayətlərini ört-basdır etmək məqsədilə Epşteynin öldürüldüyü iddialarının əsassız olduğunu və onun əslində kamerasında intihar etdiyini açıqlamışdı.

ABŞ-li jurnalist Taker Karlson isə Epşteynin “İsrail üçün çalışdığını, Vaşinqtonda hamının bunu düşündüyünü, lakin açıq şəkildə dilə gətirə bilmədiyini” iddia etmişdi.

"Wall Street Journal" (WSJ) nəşri də Epşteynin sevgilisi Gisleyn Maksvelin, Epşteynin 50 illik yubileyi münasibətilə tanışlarından ona məktub yazmalarını xahiş etdiyini, bu məktublardan birinin də Trampa aid olduğunu irəli sürmüşdü.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Dekabr 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri