Icma.az
close
up
RU
Cinsi əlaqədə olduğu müğənnini bıçaqlayıb boğdu Bakıda ŞOK CİNAYƏT

Cinsi əlaqədə olduğu müğənnini bıçaqlayıb boğdu Bakıda ŞOK CİNAYƏT

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

CİNAYƏT İŞİ

Qısa arayış...

2021-ci il iyulun 16-da Bakının Nizami rayonunda 1988-ci il təvəllüdlü Günay Məmmədova kirayə yaşadığı mənzildə bıçaqlanır. Yaralı 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılır və həyatı xilas olunur. Daxil olan məlumatla bağlı polis və prokurorluq əməkdaşları hərəkətə keçir.
Faktla əlaqədar Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.2.-ci (xuliqanlıq niyyəti ilə qəsdən dam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.


3 gündən sonra 1997-ci il təvəllüdlü Əli Məmmədov 25-ci Polis Şöbəsinə gələrək, cinayəti törətdiyini etiraf edib. Anket məlumatlarına əsasən, o, Rusiyanın Tümen vilayətində anadan olub, əvvəllər məhkum olunmayıb.

Lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Əli Məmmədov “Telegram” sosial şəbəkəsində tanış olduğu Günay Məmmədova ilə cinsi əlaqədə olmaqdan ötrü iyulun 16-ı saat 17 radələrində qadının kirayədə yaşadığı evə gəlib. Yataq otağında bir dəfə intim əlaqədə olub, öz istəyinə uyğun əlaqəni davam etdirmək istəyib. Lakin qadına buna etiraz edərək, Əlidən çıxıb getməsini tələb edib. Bunu bəhanə edən Əli Məmmədov qadını öldürmək qərarına gəlib. Bu məqsədlə məişət təyinatlı bıçaqla mənzilin dəhlizində Günay Məmmədovanın bədəninin müxtəlif nahiyyələrinə 9 dəfə zərbə endirib. Sonra əlinə keçən mələfəni onun boğazına dolayaraq, sıxıb. Lakin qadın aktiv müqavimət göstərərək, onu itələyib və giriş qapısından bloka çıxaraq, qonşuları köməyə çağırıb. Buna görə Əli pəncərədən tullanaraq, hadisə yerindən qaça bilib. Təcili Tibbi Yardım briqadası tərəfindən vaxtında xəstəxanaya çatdırılan Günay Məmmədovanın həyatı xilas olunub.

İş üzrə dindirilmiş Əli Məmmədov bildirib ki, 2021-ci ilin iyun ayınıda “Telegram” şəbəkəsində Günay Məmmədov ilə tanış olub. İyulun 16-da yaşadığı Montin qəsəbəsində, marketdən 3 ədəd “GO” adlı spirtli enerji içkisi alıb içib:

“Saat 15 radələrində qadınla danışarkən, evinə gəlmək istədiyimi bildirəndə, Günay buna etiraz etmədi. “WhatsApp” tətbiqində yaşadığı evin yerini mənə göndərdi. “Qara Qarayev” metrostansiyasının çıxışında marketdən 2 şüşə pivə alıb qadının Nizami rayonunda kirayədə qaldığı ünvana yollandım. İçəri daxil olandan sonra Günayla qucaqlaşıb, görüşdük. Yataq otağına keçib, bir dəfə cinsi əlaqədə olduq. Sonra Günaydan məndən aldığı 2000 manat puldan bir qismini qaytarmasını və banka borcu olduğumu bildirdim. Cavab olaraq qadın mənə “sənə o pulu verməyəcəyəm, çünki heç bir sübutun yoxdur” dedi. O zaman Günayın telefonuna zəng gəldi. Kiminləsə danışandan sonra, mənə başqa şəxsin yanına gələcəyini söylədi və məndən çıxıb getməyimi istədi. Daha sonra qadın hamamdan çıxıb mətbəxə keçdi və mənim getmədiyimi görüb üzərimə bıçaqla gəldi, evini tərk etməyimi tələb etdi. Bıçaq yüngül şəkildə sinəmə toxundu, onun qolunu buraraq bıçağı aldım. Sağ qoltuqaltı nahiyəsinə bir dəfə zərbə vurdum. Günay dəhlizdə kürəyi üstə yerə yıxıldı. Həmin vaxt nə mənim, nə də qadının əynində paltar yox idi. Bıçağı tullayıb Günaya sakit olmasını dedim.

Qışqırmaq istədiyini gördüm. Hamamdan mələfəni boyununa keçirib sıxmağa başladım. Müqavimət göstərən qadın yerdən bıçağı götürüb sağa-sola hərəkət etdirdikdə qollarımdan və sinəmdən xəsarət aldım. Bıçağı əlindən alıb, onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirdim. Onun üstündən qalxıb Təcili Tibbi Yardıma zəng etmək istəyərkən Günay ayağa qalxıb qapıya tərəf qaçdı. Bloka çıxaraq qışqırıb insanları köməyə çağırmağa başladı. Cəld şalvarımı geyinib qonaq otağından eyvana keçdim və yerə tullandım. Aşağı mərtəbədə yaşayanların istifadə etdiyi paltar iplərinə ilişdim, sonra isə yerə yıxıldım. Ayağa qalxıb ayaqyalın və köynəksiz vəziyyətdə “Neftçilər” metrostansiyası istiqamətində qaçdım”.

Qarşısına çıxan mağazaya girib özünə köynək və bir cüt ayaqqabı alıb. Taksi ilə yaşadığı Nərimanov rayonuna gəlib:

“Heydər Əliyev prospektində “saatlı bina” kimi tanınan yerdə, mağazadan özümə şalvar aldım. Başqa taksi ilə “20 Yanvar” metrostansiyasının yanına, ordan da Lənkəran şəhərinə getdim. Saat 21 radələrində ora çatıb əmim oğlu Cəmil Məmmədova Bakıda ehtiyatsızlıqdan ayağımın burxulduğunu dedim və məni həkimə aparmasını xahiş etdim. Sonra dayımın rayonun Şilavar kəndində yerləşən evinə getdim. Ona pilləkəndən yıxılıb ayağımdan xəsarət aldığımı dedim. İyulun 17-də Bakıya qayıtdım. Ayın 19-da Maştağa qəsəbəsində yaşayan atamın yanına gedərək, ona törətdiyim hadisəni danışdım. Atam məni aparıb, 25-ci polis şöbəsinə təhvil verdi”.

Zərərçəkmiş Günay Məmmədova ifadəsində göstərib ki, 2017-ci ildə Çingiz Hüseynovdan boşanıb, nikahdan qız övladları olub. Müxtəlif restoranlarda ofisiant və müğənni kimi çalışıb, pul qarşılığında kişilərlə intim əlaqədə olub, pul qazanıb:

““Telegram” tətbiqində açdığım qrupda 150 manat qarşılığında cinsi əlaqədə olurdum. Əli Məmmədovla 2021-ci ilin iyun ayında tanış olaraq, yazışmışıq. Həmin şəxs məndən çılpaq şəkillərimi göndərməyimi istəyəndə, bundan imtina edərək, onu qara siyahıya atdım. Buna baxmayarq, Əli Məmmədov iyulun 16-da başqa profildən yazaraq, yanıma gəlmək istədiyini bildirdi. İçəri girəndən sonra məni qucaqlayıb öpməyə başladı. Əlinin gətirdiyi pivəni içdim, mənə 100 manat pul verdi. Cinsi əlaqədə olandan sonra, ondan xoşum gəlmədiyi üçün çıxıb getməsini tələb etdim.

Bu zəmində aramızda mübahisə yarandı. Əli getmək istəmədiyini və yenə intim əlaqədə olmaq istədiyini dedi. Yerə yıxıb mənə bıçaqla zərbələr endirdi. Bir təhər əlindən çıxıb qapını açdım və qışqıraraq, 5-ci mərtəbəyə doğru qaçdım”.

Qonşular ona kömək edərək, Təcili yardıma məlumat veriblər. 10 dəqiqədən sonra gələn tibbi yardım briqadası onu xəstəxanaya aparıb və orda həkimlər həyatını xilas ediblər.

Zərərçəkmiş əlavə edib ki, Əli Məmmədovdan hər hansı məbləğdə borc pul almayıb və ona bank hesabını göndərməyib.
Şahid Yusif Mahmudov bildirib ki, 8-ci kilometr qəsəbəsində yerləşən evində Günay Məmmədova 350 manat müqabilində kirayədə qalıb:

“İyulun 16-da polis əməkdaşı zəng edərək, mənə məxsus evdə Günayın bıçaqlandığını bildirdi. Həmin gün şəhərdə olmadığımdan hadisə yerinə növbəti gün gəldim. Qonşulardan öyrəndim ki, saat 18 radələrində qadının qışqırıq səsini eşidib bloka çıxanda onu çılpaq və qana bulaşmış vəziyyətdə görüblər. Günay onlara tanımadığı şəxs tərəfindən bıçaqlandığını bildirib. Qadını müğənni kimi tanıyırdım, onun pul qarşılığında intim xidmət göstərməsindən məlumatım yox idi”.


Məhkəmə iclasında Əli Məmmədov ittihamü üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş məhkəmədən təqsirləndirilən şəxsin qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını xahiş edib.

Məhkəmə hesab edib ki, Əli Məmmədovun əməli Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsindən 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilməlidir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinərək, cəzalandırılmalıdır. 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Məmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum olunub.

​​​​​​​

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:250
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 Yanvar 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri