Icma.az
close
up
RU
Bakıda Bolt sürücüsü maşında cinsi əlaqədə olduğu məmuru belə ŞANTAJ ETDİ

Bakıda Bolt sürücüsü maşında cinsi əlaqədə olduğu məmuru belə ŞANTAJ ETDİ

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda taksi sürücüsü qadın sərnişini şantaj edib.

Lent.az-ın əldə etdiyi məlumata görə, 2023-cü ildə Həsən Əkbərov (ad və soyad şərti) adlı taksi sürücüsü ilə sərnişini olan Humay Quliyeva (ad və soyad şərti) arasında münasibətlər yaranıb. Belə ki, qadının “Bolt” şirkətindən etdiyi taksi sifarişinə Həsən “Toyota Prius” markalı avtomobili ilə gəlib. Qadını yaşadığı Binəqədi rayonundakı evindən çalışdığı nazirliyin Yasamal rayonundakı şöbəsinə aparıb. Sonradan qadına zəng edib və mesajlar yazaraq, axşam onu işdən evə aparmaq istədiyini deyib.

Qadın işdən sonra İçərişəhərdə iftar məclisinə getmək üçün taksi sifariş etmək istəyib. Lakin səhvən Həsənin mobil nömrəsinə yığıb. Həsən Humayı götürüb əvvəlcə iftar məclisinə, sonra isə yaşadığı Binəqədi rayonuna aparıb. Evlərinə gedərkən yol boyunca aralarında səmimi münasibətlər yaranıb. Sonra Həsən avtomobilin arxa oturacağına keçib və qadınla təbii yolla cinsi əlaqədə olub.

Evli və iki azyaşlı uşağı olan Həsən gecə yarı da Humaya görüntülü yığaraq utanmamasını deyib və yataq paltarında olan qadından sinəsini açmasını istəyib. Humay onun istəyini yerinə yetirib. Danışığın sonunda Həsən avtomobili üçün ehtiyat hissələri alacağını deyib və ondan 2000 manat pul istəyib. Lakin Humay ona sadəcə 50 yaxud 100 manat verəcəyini deyib. Həsən maşını ustaya aparacağını, düzəlməsə yeni avtomobil almalı olduğunu bildirib və bunun üçün qadından yüksək məbləğdə pul istəyib. Bunu görən Humay onu “blok”a atıb.

Qadının əməlindən əsəbiləşən Həsən isə başqa nömrə ilə ona mesaj yazıb. O, cinsi əlaqədə olduqları və videogörüntülü zəngdə yaşadıqlarının qeydlərini Humaya atıb və yüksək məbləğdə pul istəyib. Əl-ayağa düşən qadın müxtəlif vaxtlarda ümumilikdə Həsənə 10 min 700 manat pul göndərib.

2024-cü ildən hüquq-mühafizə orqanlarına şikayət edib və Həsən Əkbərov saxlanılıb. O, yekun olaraq, Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsiniin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 İyul 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see358

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see190

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see141

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see139

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see136

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see133

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see127

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see126

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see124

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see124

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see121

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

Biz çox böyük iş görmüşük İmişli nin baş məşqçisi

31 Avqust 2025 22:12see119

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see118

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see115

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see114

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri