Icma.az
close
up
RU
Cinsi yolla yoluxub Meymunçiçəyinə ilk yoluxmanı aşkar edən həkim a DANIŞDI

Cinsi yolla yoluxub Meymunçiçəyinə ilk yoluxmanı aşkar edən həkim a DANIŞDI

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Lent.az-ın müsahibi Azərbaycanda ilk dəfə meymunçiçəyinə yoluxma faktını aşkarlayan, dermatoloq, uzman həkim Mehdi İskəndərlidir.

Qeyd: Uzman həkim Mehdi İskəndərli 2003-ci ildə Azərbaycan Tibbi Universitetin daxil olub. 2009-cu ildə həmin universiteti müvəffəqiyyətlə bitirib. 2010-cu ilə Sumqayıt şəhər Ruhi-Əsəb Dispanserinde internatura proqramını keçərək həkim psixiatr ixtisasını əldə edib. 2011-ci ildə Türkiyənin İzmir şəhəri, Ege Universiteti Tibb Fakültəsi Dəri ve Zöhrəvi Xəstəlikləri kafedrasında rezidentura proqramın daxil olub. 2015-ci ildə dörd illik dəri və zöhrəvi xəstəlikləri rezidentura proqramını uğurla bitirərək dəri həkimi yəni, dermatoveneroloq ixtisasına yiyələnib.

-  Ötən gün ölkəmizdə nə qədər xoş olmasa da, bir ilk yaşandı və meymunçiçəyi virusuna yoluxma faktı rəsmən qeydə alındı. Siz də bu prosesin birbaşa iştirakçısı oldunuz. Bizə xəstənin vəziyyəti haqqında məlumat verərdiniz. Məsələn, hansı simptomlarla sizə müraciət etmişdi?

-  İlk olaraq qeyd edim ki, həmin şəxs daha öncə bir neçə dəfə fərqli şikayətlərlə qəbulumda olub. Pasiyent bu dəfə bizim klinikaya yanvarın 17-si səhər saatlarında müraciət etdi. Onun ümumi vəziyyəti demək olar ki, kafi idi. Xəstə əzələ ağrısı, limfa vəzilərində böyümə şikayətləri ilə bizə müraciət etmişdi. Müayinə əsnasında onun cinsi bölgəsində göbəklənən vezikulyasiya dediyimiz orta hissəsi çökmüş su qabarcıqları ilə dolu səpgilərin yarandığı məlum oldu. Bu səpgilər birincili herpes, su çiçəyinə bənzəsə də anamnestik məlumatlar işığında daha çox meymunçiçəyi virusundan şübhələndik. 

-  Meymunçiçəyinin su çiçəyi ilə bənzərliyini qeyd etdiniz. Bəs bu iki xəstəliyi bir-birindən necə fərqləndirə bilərik?

-  Ümumiyyətlə, göbəklənən vezikulyasiya ilə özünü göstərən dəri xəstəlikləri az deyil. Su çiçəyi, herpes virusu və onun müxtəlif variantları, orf, molluskum, o cümlədən, çiçək xəstəliyi özünü bu şəkildə büruzə verir. Təbii ki, müayinə zamanı göbəkli vezikulyasiya göstəricisi olan hər bir dəri xəstəliyi ehtimal edilə bilərdi. Pasiyentdə səpgilər cinsi bölgədə olduqda herpes infeksiyasından və ya qızdırma, halsızlıq halları müşahidə olunduqda su çiçəyindən də şübhələnmək mümkündür.  Meymunçiçəyi virusu Azərbaycanda ilk dəfə qeydə alındığı və sırf teoretik biliklərlə hərəkət etdiyimiz üçün bəzən diaqnostikada çətinliklər ola bilər. Lakin biz bu xəstəliyin üzərinə getdik və lazımi tədqiqlərin vacibliyini pasiyentə bildirdikdən sonra onu müayinəyə yönləndirdik. Bu xəstəlikdə virus daha çox dəridəki yaralarda inkişaf etsə də, daha dəqiq nəticə əldə etmək üçün Laboratoriyaya həm səpgilərdən, həm də yuxarı tənəffüs yollarından test götürülməsini tövsiyə etdik. Eyni zamanda, xəstəyə infeksionistin qəbulunda olmağı da məsləhət gördük. Həmin gün təxminən axşam saat 5-6 arası müraciət etdiyi səhər saatlarında etibarən nəzarətdə saxladığım xəstənin nəticələri bəlli oldu və onun meymunçiçəyi virusuna yoluxduğu aşkarlandı.


-  Sizin də dediyiniz kimi, bu, Azərbaycanda ilk meymunçiçəyinə yoluxma faktıdır. Yəni, daha öncə belə bir təcrübə yaşamamısınız. Amma buna baxmayaraq pasiyentdə meymunçiçəyi xəstəliyinin ola biləcəyindən şübhələndiniz...

-  Bəli. Doğrusu, ilk baxışda bir qədər əvvəl adını çəkdiyim göbəkli vezikulyasiya ilə özünü göstərən bir çox xəstəliklər ehtimal oluna bilərdi. Bu halda pasiyentin bizə verdiyi anamnestik məlumatlar önəmli rol oynayır. Pasiyent iki həftə öncə xarici ölkədə turistik məqsədlə səfərdəykən dərisində su qabarcıqları şəklində səpgilər olan biriylə təmasda olduğunu bildirmişdi. Bu məlumatların üstünə klinik əlamətləri də nəzərə aldıqda xəstənin meymunçiçəyinə yoluxduğunu ehtimal etdik. 


-  Meymunçiçəyi və su çiçəyi... Hər iki xəstəlikdə də dəridə səpgilər müşahidə olunur. Bu səpgilərin rəngində və ya ölçüsündə hər hansı bir fərqlilik varmı?

-  Klinik olaraq bu xəstəliklərdə səpgilərin müəyyən mərhələləri var. İlk olaraq dəridə qırmızı rəngli qabarıq səpgilər əmələ gəlir. Bir müddətdən sonra onlar üzərində içi şəffaf maye ilə dolu olan qabarcıqlara çevrilir. Daha sonra irinli mərhələ başlayır, qabarcığın orta hissəsi çökür və göbəkli vezikulyasiya yaranır. Vezikulyasiya açıldıqdan sonra yerində eroziya, yəni dərin yara olmayan bir deffekt əmələ gəlir. Sonda isə yara qabıqlayır və sağalma mərhələsinə keçid başlayır. 

Bir sözlə, hər birində səpgilərin inkişaf mərhələləri bir-birinə bənzəyir. Lakin bəzilərində, məsələn çiçək xəstəliyində və meymunçiçəyində səpgilər monomorf olur. Bu o deməkdir ki, bütün səpgilər eyni mərhələdə baş verir. Amma su çiçəyində isə müxtəlif səpgilər sadaladığımız həmin mərhələlərdən müxtəlif vaxtlarda keçir ki, buna da polimorf deyirik. Bu ipucularına görə təxmin etmək olar ki, xəstədə hansı infeksiya var. Təbii ki, bəzi əlamətlər də burada böyük rol oynayır. Məsələn, su çiçəyində limfa vəzilərinin böyüməsi özünü daha çox göstərir. 

-  Meymunçiçəyində də digər xəstəliklər kimi səpgilər bütün bədənə yayılır, yoxsa xüsusi bölgələr var?

-  Su çiçəyi xəstəliyində səpgilər daha çox baş nahiyəsi və gövdədə yayılır, eyni zamanda qismən əllərdə və qollarda də müşahidə olunur. Lakin meymunçiçəyində bu, bir qədər fərqlidir. Bu infeksiya növündə səpgilər əllərin içində, qollarda və baş nahiyəsində daha çox yayğın olur. Bədəndə isə daha az olur. Bu hal çiçək xəstəliyinə də xasdır. 
Bir məsələni də qeyd edim ki, meymunçiçəyində virusun daxil olma bölgəsi də önəm daşıyır. Su çiçəyi hava-damcı yolu ilə yayıldığı üçün virus daha çox yuxarı tənəffüs yollarından daxil olur və replikasiya dönəmi ötdükdən sonra qana keçərək bütün bədəndə səpgilərin yayılmasına səbəb olur. Amma meymunçiçəyində virus daha çox cinsi əlaqədən sonra bir nəfərdən digərinə ötürüldüyü üçün səpgilərin həmin nahiyədə, yəni cinsi orqan və ətrafında yaranması ehtimalı xarakterikdir.

-  Meymunçiçəyinə başqa necə yoluxmaq mümkündür?

-  Meymunçiçəyi əsasən, yaxın və uzun təmasdan, həmçinin bəzən damcı yolu ilə keçir. Əgər xəstənin ağzında yara varsa və onun istifadə etdiyi əşyalara damcı yolu ilə bulaşıbsa, bu vasitəylə başqalarına virus ötürülə bilər. 

-  Bəs virusdan qorunma yolları barədə nə deyə bilərsiniz?

-  Meymunçiçəyindən qorunmaq üçün əlahiddə bir qaydaya əməl etmək lazım deyil. Əgər bu virusa yoluxma şübhəsi olan bir şəxslə təmas olubsa, bu zaman ümumi gigiyena qaydalarına riayət və ya dezinfeksiyaedici məhlullardan istifadə onu qorumağa kifayət edir. Yəni, meymunçiçəyinin yayılma sürəti yüksək olmadığı üçün məsələn, koronovirusdan qorunmaq üçün alınan xüsusi tədbirlərə ehtiyac yoxdur. Xüsusən immuniteti zəif olan xəstələr o cümlədən hamilələr, uşaqlar, yaşlıar, kontrolsuz şəkər xəstələri, HIV xəstələri, anadangəlmə və qazanılmış immun yetməzliyi olan uşaqlar, qan xərçəngi və kimyaterapiya almış xəstələr, transplant xəstələri, bəzi dermatoloji və revmatoloji xəstələr diqqətli olmalıdırlar. Cünki onlarda ağırlaşmalar verə bilər. 

-  Sözünüzdən belə çıxır ki, meymunçiçəyi covid19 kimi ölümcül təhlükəsi olan bir xəstəlik deyil?

-  Xeyr. Əgər immuniteti normaldırsa, şəkər və ya təzyiq kimi başqa xəstəlikləri yoxdursa, xəstə 2-4 həftə ərzində sağalır. Bu müddət ərzində xüsusi dərmanlara ehtiyac yoxdur. Sadəcə bol maye qəbul etməsi, karantin vəziyyətində qalması kafidir. 


Foto - Rüfət Mustafayev © APA GROUP

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://lent.az
archiveBu xəbər 23 Yanvar 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri