Icma.az
close
up
RU

Azərbaycanda meymunçiçəyinə İLK YOLUXMA

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

22 yaşlı Azərbaycan vətəndaşı 02-11 yanvar 2025-ci il tarixlərində xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.

Bu barədə Səhiyyə Nazirliyi və TƏBİB-in mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumatda bildirilib.

Qeyd olunub ki, həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmadan şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun, digər ölkəyə səfəri və səfər zamanı səpgili şəxslə əlaqəsinin olduğunu müəyyən edib.

Simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülən yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.

Hazırda xəstə hospitalizasiya edilmiş və xəstəxana şəraitində müalicə alır. 

Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülüb, onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar.

Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 Yanvar 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see271

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see261

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see242

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see234

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see218

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see215

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see210

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see210

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see209

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see202

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see200

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see199

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see194

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see191

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see189

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see188

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see185

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see183

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see180

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri