Icma.az
close
up
RU
Cinsiyyət yollarından gələn ifrazatlar CİNSİ İNFEKSİYA, YOXSA...

Cinsiyyət yollarından gələn ifrazatlar CİNSİ İNFEKSİYA, YOXSA...

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Cinsiyyət yollarından ifrazatlar: göy qurşağının bütün rəngləri...

Hansı cür ifrazatlar normal hesab olunur?

İfrazatlar hər bir sağlam qız və qadında müşahidə oluna bilir. Məhz ifrazatların sayəsində uşaqlıq yolunun selikli qişası ölü hüceyrələrdən, bakteriya və selikdən təmizlənir.

Sizin ifrazatlarınız aşağıdakı kimi olduqda normal hesab olunur:

Şəffaf və ya ağımtıl, krem və ya solğun sarı rəngdə Duru (sulu) və ya bir qədər dartılır (selikə bənzəyir) Qoxusuz Hansı cür ifrazatlar qeyri-normaldır?

Aşağıdakı hallarda Sizin ifrazatlarınız qeyri-normaldır və xəstəliyin simptomudur:

Ifrazatlar sarı, yaşıl, palıdı və ya başqa rəngdədir; Ifrazatlar qatıdır, köpüyə bənzəyir və ya kəsmik şəklindədir; Ifrazatların xoşagəlməz (turş, çürük, iylənmiş balıq qoxusu, soğan qoxusu və ya hansısa başqa bir şey) qoxusu var; Ifrazatlar çoxdur: gündə bir çay qaşığından çoxdur; İfrazatların fonunda Sizin cinsi orqanlarınızda qızartı, qaşınma, uşaqlıq yolunda quruluq və diskomfort hissi, qarnınızda ağrı, bədənin temperaturunun yüksəlməsi, sidik ifrazatı zamanı ağrılar və yanğı, seks zamanı ağrılar əmələ gəlir.

Qeyri-normal ifrazatlar niyə yaranır?

Qeyri-normalar ifrazatların əsas səbəbi iltihabdır. Uşaqlıq yolunun və uşaqlığın iltihabı cinsi yolla keçən xəstəliklər nəticəsində, habelə uşaqlıq yolunun mikroflorasının tərkibi pozulduqda yaranır. Qeyri-adi ifrazatların səbəbi intim gigiyenanıb elementar qaydalarına əməl edilməməsi ola bilər.

İfrazatların rənginə əsasən onların səbəbini müəyyən etmək olarmı?

Təəssüf ki, yox. Ginekoloqlara uşaqlıq yolundan ifrazatların 100-dən çox səbəbi məlumdur. Bunlardan çoxunun simptomları eynidir. Məhz buna görə də hətta ən təcrübəli ginekoloq belə ifrazatların xarici görünüşünə əsasən diaqnozu qoya bilməz.

İfrazatların səbəbini necə müəyyən etmək olar?

Yalnız floraya görə yaxmanın köməyi ilə. Floraya görə yaxma uşaqlıq yolunun selikli qişasından götürülən yaxmadır. O, boyalanıb mikroskop altında öyrənilir. Mikroskop altında ifrazata səbəb olan əksər bakteriya və göbələklər görünür.

Məndə çoxlu miqdarda şəffaf və ya selikli ifrazatlar olur. Bu nədir və mən nə etməliyəm?

Вəzi hallarda tamamilə normal və ya selikli ifrazatlar həddindən artıq çox (gündə bir çay qaşığından çox) olur.  

Bu, aşağıdakı hallarda normal ifrazatlardır:

Seksual oyanma nəticəsində meydana gəldikdə; İfrazatlar seksdən bir neçə dəqiqə və ya saat sonra meydana gəldikdə; İfrazatlar menstrual tsiklin ortalarında yaranır və 3-5 gündən artıq davam etmir.

Aşağıdakı hallarda ginekoloqa müraciət edin:

Çoxlu ifrazatlar menstrual tsiklin əvvəlində və ya sonunda yaranır və 3 gündən çox davam edir;

Sizin yaşınız 40-45-dən çoxdur və Sizdə çoxlu miqdarda sulu və ya selikli ifrazatlar yaranmışdır;

Şəffaf ifrazatlardan başqa, Sizdə aşağıdakı simptomlar da qeydə alınır: uşaqlıq yolundan qanlı ifrazatlar menstrual tsikldən asılı olmayaraq və cinsi aktdan sonra əmələ gəlir, aybaşı adətindən daha uzun çəkir, kürəyinizdə ağrılar olur, çəkiniz azalır. Yuxarıda sadalanan simptomlar uşaqlıq boynu xərçəngi zamanı müşahidə oluna bilir.

Mənbə: ginekoloq 

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri