Icma.az
close
up
RU
Cinsi münasibət arıqladır yoxsa kökəldir? Diyetoloqdan AÇIQLAMA

Cinsi münasibət arıqladır yoxsa kökəldir? Diyetoloqdan AÇIQLAMA

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İnsanların gündəlik həyatlarında maraq doğuran mövzulardan biri də cinsi münasibətin bədən çəkisinə təsiridir. Bəziləri bu münasibətlərin kalori yandırmağa və arıqlamağa kömək etdiyini düşünür, digərləri isə hormonal dəyişikliklərin kökəlməyə yol aça biləcəyini iddia edir.

Cinsi münasibətin insanlarda kökəlmə və ya arıqlama hallarını yaratdığı iddiası hansı dərəcə özünü doğruldur?

Münasibətin sağlamlığa təsiri necədir?


Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən diyetoloq-terapevt Ləman Süleymanova piylənmənin bu gün dünya miqyasında geniş yayılmış qlobal problemlərdən biri olduğunu deyib.


Onun sözlərinə görə, bunun yaranma səbəbləri çoxşaxəlidir:

“Hormonal pozğunluqlar, həyat tərzi, zəif maddələr mübadiləsi, psixoloji gərginlik, əsəb pozuntuları, müxtəlif xəstəliklər və digər faktorlar. Bütün bu amillər insanın bədən çəkisinin normadan artıq olmasına yol aça bilər. Hər bir insanın fərdi həyat ritmi, xarakter xüsusiyyətləri və orqanizmin bioloji reaksiyaları fərqlidir. Buna görə də çəki məsələsinə fərdi yanaşma vacibdir”.


Diyetoloq qadınlarda çəki artımının səbəblərindən bəhs edərək bildirib ki:

“Məsələn, bəzi hallarda arıq bir qadın ailə qurduqdan sonra bədən quruluşunda ciddi dəyişikliklər müşahidə olunur. Bu, orqanizmdəki biokimyəvi proseslərin yenilənməsi və genetik meylin aktivləşməsi ilə izah olunur. Əgər genetik olaraq artıq çəkiyə meyl varsa, zamanla bu özünü büruzə verir. Əvvəllər nəzərə çarpmayan dəyişikliklər ailə həyatından sonra daha aydın görünə bilər. Qadın orqanizminə cinsi həyatın da mühüm təsiri olur. Bəzən cinsi münasibətlərdən sonra qadınlarda iştahanın artması və bunun nəticəsində çəki yığılması müşahidə edilir. Ənənəvi olaraq cinsi münasibət axşam saatlarına təsadüf etdiyindən, bu prosesdən dərhal sonra qəbul edilən qidalar artıq çəkiyə səbəb ola bilər. Bu hal xüsusilə qadınlarda daha qabarıq şəkildə özünü göstərir”.


L.Süleymanova hamiləlik, doğuş və laktasiya dövrləri də qadın bədənində ciddi dəyişikliklərə səbəb olduğunu vurğulayıb. 


O qeyd edib ki, bu mərhələlərdə orqanizmin hormonal balansı dəyişdiyindən, çəki artımı labüddür:

“Belə vəziyyətlərə sağlam və düzgün yanaşmaq vacibdir. Normal qidalanma rejimindən kənara çıxmaq və nizamsız yemək vərdişləri çəki artımını sürətləndirir. Çox vaxt “ailə qurduqdan sonra qadının bədən quruluşu dəyişdi” ifadəsi işlədilir. Bu dəyişikliklər, əslində, cinsi münasibətin və ailə həyatının fizioloji təsiri ilə bağlıdır. Həddindən artıq tez-tez baş verən cinsi münasibət orqanizmə təsirsiz ötüşmür və iştahın artmasına səbəb ola bilər. Bu isə öz növbəsində aşağı çanaq nahiyəsində piylənməyə gətirib çıxarır. Əgər cinsi münasibətlər mütəmadi və nəzarətsiz şəkildə baş verirsə, bu həm də müxtəlif cinsi disfunksiyalara yol aça bilər. Buna görə də həftədə bir-iki dəfə cinsi münasibət normal sayılır və sağlamlıq baxımından daha məqsədəuyğundur. Xüsusilə də cinsi münasibətdən dərhal sonra qida qəbul etmək məsləhət görülmür. Bu zaman orqanizm qidalanmaya daha həssas olur və bu, xüsusilə gecə saatlarında bədən çəkisinin artmasına səbəb ola bilər”.


Müsahibimiz cinsi münasibətin kişilər üçün də fizioloji və hormonal baxımdan müəyyən təsirlərə malik olduğundan bəhs edib. 

Terapevtin fikrincə, əgər münasibət ölçülü şəkildə həyata keçirilirsə  yəni həftədə bir-iki dəfə baş verirsə bu, maddələr mübadiləsini sürətləndirir və orqanizm üçün faydalıdır:

“Lakin tez-tez tərəfdaş dəyişmək, yorğun halda və gec saatlarda baş verən münasibətlər hormonal sistemin pozulmasına və çəki artımına səbəb ola bilər. Zəif metabolizmə malik insanlarda bu təsirlər daha qabarıq hiss olunur”.

Fidan Hacızadə
Sfera.az

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:288
embedMənbə:https://sfera.az
archiveBu xəbər 27 May 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri