“Çinsiz Putin Rusiyası heç nədir...” Zelenski BMT də Pekini sərt qınadı
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çin müasir Rusiya Federasiyasının tamamilə asılı olduğu güclü bir ölkədir. Və Pekinin Moskvanı Ukraynaya qarşı müharibəsini dayandırmağa məcbur etmək gücü var.
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Vladimir Zelenski ifadə edib.
“Əgər Çin həqiqətən də bu müharibənin bitməsini istəsəydi, Moskvanı bu işğalı dayandırmağa məcbur edə bilərdi. Çin olmasa, Putin Rusiyası heçdir. Lakin Çin sülh naminə hərəkət etmək əvəzinə susur və kənarda qalır”,- o, BMT Təhlükəsizlik Şurasının iclasında vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, Rusiya diktatoru Putin Ukrayna və dünya ilə üz-üzə gəlməkdən qorxur. Əvəzində mühüm tədbirlərə qanı dayandıra bilməyən və istəməyən nümayəndə heyətləri göndərir.
"Burada Rusiyanın nümayəndəsi var, amma real qərarlar verən deyil. Bu adam Ukrayna və dünya ilə üz-üzə oturmaqdan qorxur və açıq şəkildə etiraf edir ki, o, yalnız müharibə istəyir", - Zelenski bildirib.
Üstəlik, Ukrayna liderinin qeyd etdiyi kimi, Putin xaricdə – Pekində və ya başqa şəhərlərdə “yalnız diplomatiya axtarışında olduğunu iddia edərək, qətllərə daha çox vaxt qazanmaq üçün görünür


