Icma.az
close
up
RU
Putin Rusiyası bəşəriyyətin başı üzərindəki qılınc...

Putin Rusiyası bəşəriyyətin başı üzərindəki qılınc...

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Son vaxtlar Moskva ətrafında beynəlxalq vəziyyət gərginləşdikcə Rusiya prezidenti Vladimir Putin baş verənlərə ənənəvi sözçülərindən çox birbaşa özü münasibət bildirməyə başlayıb. Yəni, Solovyov, Skabeyeva, Popov və bütün Rusiya təbliğat maşınının nümayəndələrinin dezinformasiyası Kreml liderini qane etmədiyindən, sükanın arxasına özünün keçməsini daha məqsədəuyğun hesab edib. Budapeşt görüşünün baş tutmamasına və ardınca, nəhayət ki, Trampın 9 aydır Rusiyaya qarşı vəd verdiyi sanksiyanın tətbiq edildiyinə də ilk rəsmi reaksiya məhz Putindən gəldi. Baş verənlərdən guya narahat olmadığı görüntüsü yaratsa da, hadisələrin bundan sonra daha da gərginləşəcəyinin və Ukrayna müharibəsini maliyyələşdirməyin çətinliyinin, ölkə əhalisi arasında narazılıqların yaranacağının fərqində olduğu açıq hiss olunur. Bu fərq, Putinin çıxışına da təsir edir, hətta indiyədək apardığı siyasətlə ziddiyyət təşkil edən məqamlar da var. Sanksiyalara münasibətinə diqqət edək: “Sanksiyaların hazırda iki aspekti var - sırf siyasi və iqtisadi. Siyasi aspektə gəlincə, bu, şübhəsiz ki, təzyiq cəhdidir. Heç bir özünə hörmət edən ölkə və ya xalq heç vaxt təzyiq altında qərar qəbul etmir", - Putin deyib.

​ Rusiya siyasəti hər zaman , xüsusilə də Putin dövrü məhz başqa ölkələrə, xalqlara təzyiqən ibarət olub. Hələ, uzaq keçmişə deyil, ən yaxın aylara, günlərə baxsaq Rusiyanın Ukraynaya, Azərbaycana, Qazaxıstana, Ermənistana, Moldovaya və digər ölkələrə yalnız təzyiq siyasəti yürütdüyü ortada deyilmi? Və sual yaranır: əgər “ heç bir özünə hörmət edən ölkə və ya xalq heç vaxt təzyiq altında qərar qəbul etmir”sə, nədən Rusiya adları çəkilən və çəkilməyən ölkələrə qarşı daim təzyiq siyasəti aparır? Aydındır, məhz bu ölkələr, xalqlar özünə hörmət etdiyi üçün şimal ayısının təzyiqlərinə boyun əymirlər.

​ Putin ABŞ və Avropanın Rusiya neft sektoruna tətbiq etdiyi sinxron sanksiyalara boyun əyəcəkmi? Tezliklə yox. Baxmayaraq ki, bu sanksiya yalnız “Lukoyl” və “Rosneft”-in özünə deyil, həm də 34 törəmə strukturlarına da şamil edilir. Bir sıra siyasi analitiklər Rusiyanın belə sanksiyalara adətkar olduğunu, hər dəfə vəziyyətdən çıxdığını bildirirlər və bu həqiqətən belədir. Amma, nəzərə almaq lazımdır ki, əvvəllər Rusiyaya sanksiya tətbiq ediləndə müharibə yox idi, indi isə 4 ilə yaxın müharibə aparan ölkə üçün bu tip sanksiyalar gec də olsa təsirini göstərəcək. Həm də, sanksiya tətbiq olunan “Lukoyl” və “Rosneft” Rusiyadan eksport olunan bütün xammalın yarısına məsuldur. Zəncirvari formada böyük alıcılar olan Çin və Hindistan üçün də müəyyən risklər yaratmış olur. Ardınca, Qərb banklarının xidmətdən imtinası, dollarla hesablaşmadan məhrum edilməsi, Amerika və Avropanın sığorta və daşımalarının dondurulması və digər neqativ proseslərin baş verəcəyi Rusiyaya məlumdur.

Əlbəttə, sanksiyaların Rusiya neftinin eksportuna prinsipial təsir etməsi gözlənilmir, çünki alternativ variantların olduğu və Rusiyanın bundan istifadə etdiyi gizli deyil. Sadəcə olaraq, burada ABŞ-nin geri çəkilməməsi ( Trampın xarakterinə görə), yeni sanksiyaların, məhdudiyyətlərin qoyulması Rusiyanı əsas gəlir mənbəyindən tədricən olsa da məhrum edə bilər. Burada Çinin özünəməxsus rolu ola bilər. Artıq Çinin 5 özəl neft emalı zavodu Rusiya neftindən imtina etdiyini bildirib. Hindistan da tamamilə bu yolu tuta bilər.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampla oktyabrın 30-da Cənubi Koreyada keçiriləcək” Asiya və Sakit okean ölkələri arasında iqtisadi əməkdaşlıq” tədbirində Çin lidei Si Tsinpinin görüşü gözlənilir. Tramp Çin liderinin ünvanına xoş sözlər deyərək, onu böyük nüfuz sahibi və böyük dövlətin rəhbəri kimi xeyli tərifləyib və onunla Ukrayna müharibəsini müzakirə edəcəyini bildirib. Tramp Çin rəhbərindən​ Rusiyaya təzyiq edilməsini xahiş edəcəyini də vurğulayıb.

​ Düzdür, Amerika sanksiyaları dünya bazarından Rusiya neftini tamamilə çıxarası deyil, amma Çin və Hindistanın öz maraqları təmin edildiyi halda Rusiya neftindən imtina etməsi vəziyyəti tam Rusiya əleyhinə çevirmiş olar. Nəzərə alaq ki, neft və qaz Rusiya federal büdcəsinin dörddə birini təşkil edir və yeni bir sanksiya Rusiya iqtisadiyyatına ciddi təsir edə bilər.

Bir daha Putinin sanksiyalara ilk reaksiyasına qayıdıb “özünə hörmət edən...” ifadəsinə münasibət bildirməyi vacib hesab edirəm. Bəs, özünə hörmət edən dövlət başçısı necə, uşaq bağçasına, xəstəxanasına, həyati vacib obyektlərə elə sanksiya tətbiq olunan gün raket zərbələri endirərdimi? Yəqin Rusiya prezidenti mülki obyektləri hədəf almağı özünə hörmət, şərəf bilir. Putinin bu cür reaksiya verəcəyinə heç kim şübhə etmirdi. O, orta səviyyəli sanksiyalarla geri çəkiləsi deyil. Tramp ən sərt, özünün dediyi kimi “dağıdıcı sanksiyalar” qəbul etməyincə Putin davam edəcək və atom bombasına da əl atacağı istisna deyil. Rusiya cəmiyyəti də seçdiyinə, qəbul etdiyinə layiqdir. Çətin illərini yaşayan rusiyalılar sükut etdikcə həyatları daha da ağır olacaq. Ən aşağı miqyasda belə cəmiyyətdən, xalqdan etiraz görməyən dövlət başçısının cinayəti davam etdirməsi təbiidir. Putin Rusiyası bəşəriyyətin başı üzərində bir təhlükə mənbəyi olaraq qalır. Dünya, ilk növbədə ABŞ və Avropa ölkələri Ukraynaya tərəddüd etmədən, ləngimədən zəruri silah və maliyyə dəstəyini artırmadıqca Putin​ domokl qılıncı kimi bəşəriyyətin boynunda dayanacaq.

İlham İsmayıl

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Oktyabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri