Icma.az
close
up
RU
Çipli nömrələrə görə cərimə yazılacağı barədə məlumatlar yalandır AÇIQLAMA VİDEO

Çipli nömrələrə görə cərimə yazılacağı barədə məlumatlar yalandır AÇIQLAMA VİDEO

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Sosial şəbəkələrdə artıq bir neçə gündür ki, avtomobil qeydiyyat nişanlarının çipsiz verilməsi müəyyən çərçivədə ajiotaj yaradıb. Bununla əlaqədar müxtəlif versiyalar irəli sürülməkdədir. Sürücülərin bir qismi düşünür ki, yeni çipsiz qeydiyyat nişanları məcburi xarakter alacaq və bütün nəqliyyat vasitələrində bu cür nömərlərin quraşdırılması zəruri hala çevriləcək.

Avtosfer.az xəbər verir ki, ortaya atılmış şayiələrlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev özünün sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, Çiplər vaxtilə nəqliyyat vasitələrinə dair məlumatların elektron ötürülməsi və identifikasiyası üçün nəzərdə tutulsa da, Mərkəzi İnformasiya Sisteminin yenilənməsi və müasir radar, kamera, nömrə tanıma texnologiyalarının tətbiqi nəticəsində bu funksiyaya artıq ehtiyac qalmayıb.

Hazırda təqdim edilən dövlət qeydiyyat nişanları bütün texniki və təhlükəsizlik standartlarına cavab verir. Bəzi sosial platformalarda yayılan “nömrə nişanları dəyişdirilməlidir” kimi məlumatlar həqiqətə uyğun deyil – bu cür paylaşımlara qətiyyən inanmayın!

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayım zamanı deyib ki, yaranan vəziyyət sürücülər arasında çaşqınlıq yaradır:

“Bəzi nəqliyyat vasitəsi idarəçiləri deyir ki, qeydiyyat nişanının üstündə çip varsa, nə etmək lazımdır? Heç nə etmək lazım deyil. Siz qeydiyyat nişanını yol polisindən almısız, əgər onu standartlara uyğun formada saxlayırsızsa, bunun heç bir qadağası yoxdur, heç bir cəriməsi də nəzərdə tutulmur. Deyək ki, siz nömrəni daha əvvəl almısız, bayraq dalğalıdır, yaxud da 2000-ci illərin əvvəllərində almısız, bayraq düzünədir və çilp alt tərəfdədir. Kvadrat və düzbucaqlı nömrələrdə bu fərqlənir. İndi də yenə nömrələr həm kvadrat həm də, düzbucaqlı formalarda verilir, amma bu dəfə çipsiz verilir. Rövşən tağıyevin də paylaşımı bununla əlaqədardır ki, sürücülər neqativ məlumatlarla özlərini aldatmasınlar. Bəzi işbazlar sosial şəbəkələrdə məlumat yayırlar ki, kimin maşınında çip varsa, ona cərimə yazılacaq, gəlin xüsusi cihazlarla o çipi götürək. Belə şeylərə qətiyyən aldanmayın, çip yerində qalsın. O nömrəni sizə dövlət verib. Nə zaman ki dövlət sizə çağırış edəcək ki, gətirin həmin nömrəni təhvil verin, dəyişməliyik, o zaman aparıb dövlətin özünə verərsiz”.

Elməddin Muradlının canlı yayımdan həmin videosunu sizə təqdim edirik:

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 Noyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see253

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see243

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see212

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see207

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see158

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see148

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see145

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see142

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see139

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see139

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see138

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see135

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri