“Çipli nömrələrə görə sürücülərə cərimə yazılması barədə məlumatlar həqiqətə uyğun deyil” Ekspert
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Bildiyimiz kimi, avtomobillər üçün yeni hazırlanmış dövlət qeydiyyat nişanlarında çip elementlərinin tətbiqi nəzərdə tutulmayıb. Bu qərardan sonra sürücülər arasında belə bir məlumat yayılıb ki, köhnə çipli nömrələr yeni nömrələrlə əvəz olunmasa, həmin sürücülərə cərimə yazılacaq.
Bəs bu şayilər nə dərəcədə düzgündür?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, bu mövzu ilə bağlı rəsmi açıqlama verilib:
"Hər hansı bir cərimədən söhbət getmir. Sadəcə olaraq, müasir texnologiyalar tətbiq olunur və buna görə də çiplərin əlavə xərc çəkilərək orada quraşdırılmasına ehtiyac qalmır. Yəni bu, ümumilikdə problemli bir məsələ deyil. Rəsmi açıqlama da verilib: hər hansı bir cərimə və ya məhdudiyyət nəzərdə tutulmur, heç kəs məcbur edilmir ki, gəlib nömrəsini dəyişsin. İndiyə qədər kim hansı nömrə ilə maşını sürübsə, həmin nömrə ilə də davam edə bilər. Sadəcə nömrə standartlara uyğun olmalıdır. Əgər nömrə əzilərsə və ya solarsa, onu dəyişmək lazımdır".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 04 Noyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















