Icma.az
close
up
RU
“City Garden Narimanov”un göz çıxaran reklamları, dodaq uçuqladan qiymətləri...

“City Garden Narimanov”un göz çıxaran reklamları, dodaq uçuqladan qiymətləri...

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Hər gün qulağımızı deşən, gözümüzü az qala kor edən Bakının Nərimanov rayonunda “City Garden Narimanov” yaşayış kompleksi “premium mənzillər” kimi təqdim olunur.  

Sadəcə 1 mənzilin qiymətini araşdırdıq və məlum oldu ki, layihə çərçivəsində satışa çıxarılan 81 kvadratmetrlik mənzilin minimum qiyməti 281 min 880 manatdır. Şirkət 30 faiz ilkin ödəniş və 36 aylıq daxili kredit təklif edir. Kağız üzərində bu, “əlçatan” kimi görünə bilər. Amma Azərbaycan reallığında bu mənzili neçə nəfər həqiqətən ala bilər?

Rəqəmlər reallığı açıq göstərir. Hesablamalara görə, mənzilin ümumi qiyməti: 281 880 manat, ilkin ödəniş (30%): 84 564 manat, kreditə düşən məbləğ: 197 316 manat, 36 ay üçün aylıq ödəniş isə təxminən 5 480 manat təşkil edir. 

Bu isə o deməkdir ki, belə bir mənzili almaq istəyən şəxsin aylıq gəliri minimum 10 min manata yaxın olmalıdır. Çünki 5480 manat təkcə kredit ödənişidir – kommunal xərclər, gündəlik yaşayış, ailə büdcəsi, digər öhdəliklər bu hesaba daxil deyil.

Orta maaşla “premium” həyat mümkündürmü?

Azərbaycanda orta aylıq əməkhaqqı 1000-1200 manat aralığındadır. Əhalinin əksəriyyəti təxminən 500-800 manat arasında dəyişən əmək haqqı ilə yaşayır. Bu göstəricilərlə müqayisədə “City Garden Narimanov”da təklif olunan mənzilin aylıq ödənişi orta maaşdan azı 7-8 dəfə çoxdur.

Başqa sözlə, ölkədə işləyən insanların böyük əksəriyyəti üçün bu mənzil nə əlçatandır, nə real seçim, nə də yaşayış məqsədilə əldə edilə biləcək variant.

Bu mənzillər kimlər üçündür?

Reallıq budur ki, bu tip “premium” layihələr, yüksək gəlirli məmurlar, iri biznes sahibləri, çox az sayda yüksək maaş alan şəxslər və ya investisiya məqsədilə vəsaiti olanlar üçün. Bu isə Azərbaycan əhalisinin çox kiçik bir faizini təşkil edir. Sosial baxımdan bu cür layihələrin kütləvi yaşayış ehtiyacını deyil, daha çox elit bazarı hədəflədiyi açıq görünür.

Şirkətlər bu tip layihələri “premium” adı ilə təqdim edir. Amma sual yaranır. Elə isə premium anlayışı həyat keyfiyyətini, yoxsa sadəcə yüksək qiyməti ifadə edir?

Əgər ölkədə əhalinin böyük hissəsi belə mənzilləri yalnız reklam bannerlərində görə bilirsə, bu artıq təkcə bazar məsələsi deyil, sosial bərabərsizlik göstəricisidir.

“City Garden Narimanov” kimi layihələr Azərbaycan reallığında, orta və aşağı gəlirli ailələr üçün tamamilə əlçatmazdır, "premium yaşayış” adı altında dar bir təbəqəyə xitab edir, mənzil probleminin həlli deyil, əksinə, gəlir uçurumunu daha da görünən edir.

Bəs bu mənzilləri daha ucuz, daha əlçatan etmək olmazmı? Əlbəttə olar.. Əslində Azərbaycanda mənzillərin bu qədər baha olmasının obyektiv iqtisadi səbəbləri yoxdur. Bir mənzilin tikintisi üçün 1 kvadratmetr üzrə təqdim olunan qiymətlər ciddi şəkildə şişirdilib. Torpaq, əmək haqqı, tikinti materialları və infrastruktur xərcləri nəzərə alındıqda, bu mənzillərin daha münasib qiymətə təklif olunması mümkündür.

Bazarda boşluqlar var, torpaq var, pul var, milyonlar dövr edir. Bu şəraitdə əsas məqsəd ictimai ehtiyacı qarşılamaq deyil, maksimum qazanc əldə etməkdir. Kiçik və orta tikinti şirkətlərinə imkan verilməməsi, bazarın bir neçə iri oyunçunun nəzarətində saxlanılması isə qiymətlərin süni şəkildə yüksək qalmasına xidmət edir.

Azərbaycanda mənzil problemi tikinti çatışmazlığı deyil, ədalətsiz qiymət siyasətidir. “Premium” adı altında təqdim olunan bu layihələr cəmiyyətin böyük hissəsi üçün real deyil. Bu mənzillər insanları ev sahibi etmək üçün yox, bahalı həyat illüziyası satmaq üçün mövcuddur. 

Tikinti şirkətləri Azərbaycanda mənzillərin bahalığını adətən “materialların qiyməti”, “keyfiyyət”, “premium standartlar” kimi anlayışlarla əsaslandırmağa çalışır. Amma faktiki hesablamalar göstərir ki, 1 kvadratmetr üçün təqdim olunan 3 480 manatlıq qiymət real tikinti xərclərindən dəfələrlə yüksəkdir.

Əslində tikintinin real maya dəyəri nə qədərdir?

Bazarda çalışan mühəndislər bildirir ki, in, podratçıların və açıq mənbələrdəki göstəricilərin müqayisəsi belə bir mənzərə yaradır. Bu hesablamalara görə cəmi real maya dəyəri, təxminən 900 – 1 300 manat / 1 kv üçün edir.  Hətta ən bahalı ssenari ilə hesabladıqda belə, 1 kvadratmetrin real tikinti xərci 1 500 manatı keçmir.

Bəs qalan 2 000 manat haradan yaranır? “City Garden Narimanov” kimi layihələrdə 1 kvadratmetr üçün minimum qiymət 3 480 manat təyin eilib.  Bu isə o deməkdir ki real tikinti xərci: 1 200 manat, satış qiyməti 3 480 manat,  şişirdilmiş fərq isə 2200 manatdan çoxdur. 
Bu fərq nədir? 

Yüksək mənfəət marjası,bazarda rəqabətin məhdudlaşdırılması,“premium” adı altında psixoloji qiymət oyunu və torpaq resurslarının bir neçə şirkətin nəzarətində saxlanılması. Əgər məqsəd həqiqətən də orta təbəqəni ev sahibi etmək olsaydı mənzillər 2 000–2 200 manat / kv aralığında rahatlıqla təklif edilə bilərdi. 81 kv-lıq mənzilin qiyməti 160–180 min manat civarında olardı, aylıq ödəniş 2 500–3 000 manat səviyyəsinə düşərdi. Bu isə artıq minlərlə ailə üçün real seçim demək olardı.

Problem tikinti xərclərində deyil. Problem iri şirkətlərin bazarı bölüşdürməsində, torpaq sahələrinin monopoliyaya çevrilməsində, qiymətlərin süni şəkildə yüksək saxlanılmasında, dövlət nəzarətinin formal xarakter daşımasındadır(bizimesr.az)

Poligon.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://mia.az
archiveBu xəbər 10 Yanvar 2026 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri