Icma.az
close
up
RU
City of London”da Novruz bayramı qeyd olunub

City of London”da Novruz bayramı qeyd olunub

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu il Novruz Britaniyaya erkən gəlib. Londonun maliyyə mərkəzi sayılan “City of London”un tarixi Mansion House binasında Novruz bayramı möhtəşəm bir tədbirlə qeyd olunub. Bu bayram gecəsi Böyük Britaniyanın qabaqcıl fintek şirkətlərindən biri olan və azərbaycanlı sahibkar Orxan Nəsibov tərəfindən təsis edilən “Guavapay”in təşkilatçılığı ilə baş tutub. "City of London"-un 696-cı Lord Meri Alastair Kinqin dəstəyi və iştirakı ilə keçirilən bu təntənəli tədbir Novruzun zəngin mədəni irsini, sülh və birlik dəyərlərini əks etdirib.

Gecədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Türkiyə, Özbəkistan və Qırğızıstanın Londondakı səfirləri, Britaniya parlamentinin üzvləri, eləcə də biznes və maliyyə sahəsində nüfuzlu şəxslər, diaspor nümayəndələri və ölkənin öndə olan universitetlərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Lord Alastair Kinq çıxışında Novruzun insanları bir araya gətirən dəyərlərini vurğulayaraq bu bayramın multikultural dəyərlərin və dostluğun simvolu olduğunu qeyd edib. O, eyni zamanda, “Guavapay”in Londondakı sürətlə inkişaf edən fintek sektoruna verdiyi töhfələri yüksək qiymətləndirərək belə beynəlxalq təşəbbüslərin şəhərin iqtisadi inkişafında mühüm rol oynadığını bildirib. Lord Alastair Kinq həmçinin qeyd edib ki, bu tədbir Mansion House-da Azərbaycanla bağlı ilk tədbiridir.

“Guavapay” Qrupunun icraçı direktoru Elxan Nəsibov çıxışında Novruzun yenilənmə və inkişaf ruhunun biznes və texnologiya sahələrində də öz əksini tapdığını bildirib. O, “Guavapay”in 8 il əvvəl Orxan Nəsibov tərəfindən Londonda təsis edildiyini və bu illər ərzində beynəlxalq maliyyə texnologiyalarında mühüm körpü rolunu oynadığını vurğulayıb.

Çıxışlar zamanı qeyd olunub ki, tədbirin məqsədi Novruzu təkcə baharın müjdəçisi kimi deyil, həm də xalqları, mədəniyyətləri, qitələri birləşdirən bir körpü kimi dəyərləndirmək və yeni qarşılıqlı əməkdaşlıqların bünövrəsini qoyan dostluq platforması yaratmaqdır.

Qonaqlar üçün bayramın rəmzi olan ləziz Azərbaycan şirniyyatları təqdim edilib, Novruzun ruhu zəngin musiqi proqramının ahəngi ilə canlanıb, bayram ovqatına xüsusi bir rəng qatıb.

Tədbirdə Londonda fəaliyyət göstərən “Qarabağ” məktəbinin şagirdləri, Azərbaycanın Əməkdar artisti, virtuoz skripkaçı Ceyla Seyidova və istedadlı kamança ustası Rasim Fərziyev möhtəşəm çıxışları ilə bayram gecəsinin ruhunu zənginləşdirərək onu unudulmaz bir gecə kimi xatirələrə həkk ediblər.
Bu tədbir Azərbaycan və Böyük Britaniya arasında mədəni və iqtisadi əlaqələrin daha da dərinləşməsinə mühüm töhfə verən əlamətdar bir hadisə kimi yadda qalıb.

Xatırladaq ki, “City of London” - Londonun maliyyə mərkəzi təxminən 2,9 kvadrat kilometr sahəni əhatə edir və qlobal maliyyə arenasında böyük təsirə malik sıx bir ərazidir. Ölçüsünə baxmayaraq bu tarixi bölgə İngiltərə Bankı və London Fond Birjası kimi əsas institutların mərkəzi olub, dünyanın ən nüfuzlu maliyyə mərkəzlərindən biri kimi əhəmiyyətini göstərməkdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 Mart 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri