Icma.az
close
up
RU
Sofiyada Novruz bayramı qeyd olunub

Sofiyada Novruz bayramı qeyd olunub

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sofiya, 26 mart, AZƏRTAC

Sofiya şəhərində Novruz bayramına həsr olunmuş “Bahar paralelləri: Azərbaycan – Bolqarıstan” adlı mədəni tədbir keçirilib.

Tədbir Azərbaycanın Bolqarıstandakı səfirliyi və Bakı Slavyan universitetinin (BSU) Müqəddəs Kliment Oxridski adına Sofiya universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi tərəfindən, həmçinin Türk dilləri və mədəniyyətləri klubunun və UNESCO-nun Cənub-Şərqi Avropa üzrə qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Sofiyadakı Regional Mərkəzinin tərəfdaşlığı ilə təşkil olunub.

BSU-nin Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Sofiya Şıqayeva-Mitreska bu cür tədbirlərin universitet mühitində mədəniyyətlərarası dialoqun inkişafına və Azərbaycan mədəniyyətinin Bolqarıstanda tanıdılmasına xidmət etdiyini bildirib.

Tədbirdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Nemət Əliyev UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilən Novruz bayramının yenilənmə, harmoniya və yeni başlanğıcı simvolu olduğunu, barışıq, həmrəylik və birgə dinc yaşamaq kimi dəyərləri təbliğ etdiyini qeyd edib. O, eyni zamanda BMT-nin Baş Assambleyasının Novruz bayramı ilə bağlı qəbul etdiyi müvafiq qətnamənin bu bayramın beynəlxalq səviyyədə tanınmasının və onun ümumbəşəri dəyərlər daşıdığının göstəricisi olduğunu bildirib.

UNESCO-nun Cənub-Şərqi Avropa üzrə Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Regional Mərkəzinin nümayəndəsi Lora Voiçeva qeyri-maddi mədəni irsin qorunması, ötürülməsi və təbliği baxımından bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb, ölkələr arasında mədəni dialoq, qarşılıqlı hörmət və əməkdaşlığın gücləndirilməsinə xidmət etdiyini bildirib.

Tədbirin mədəni proqramı Azərbaycan və Bolqarıstanın bahar ənənələri arasındakı paralellərə həsr olunub. Proqram çərçivəsində Novruz və bolqarların Baba Marta ənənəsinə həsr olunan Gəncə Rəsm Məktəbinin şagirdlərinin rəsmlərindən ibarət sərgi, eləcə də bolqar məktəbliləri və tələbələrinin hazırladıqları kompozisiyalardan ibarət sərgi təqdim olunub. Tələbələr Novruz və bolqarların Lazarovden bayramı haqqında müqayisəli təqdimatla çıxış edib, Azərbaycan və bolqar dillərində bahara həsr olunmuş şeirlər səsləndiriblər.

Tədbir birlik və həmrəylik ruhunu simvolizə edən Azərbaycan milli “Yallı” rəqsi ilə yekunlaşıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Mart 2026 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see576

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see238

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see225

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see213

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see209

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see203

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see202

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see196

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see190

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see189

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see180

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see178

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see177

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see174

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see173

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see171

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see170

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see169

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri