Icma.az
close
up
RU
Çixradze: “Mövsüm göstərdi ki, güclənməyə ehtiyac var”

Çixradze: “Mövsüm göstərdi ki, güclənməyə ehtiyac var”

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XVII turunun “Şamaxı” – “Qəbələ” oyunundan (0:4) sonra qonaq komandanın məşqçisi George Çixradze jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Komandamızı təbrik edirəm. Oyuna çox yaxşı hazırlaşmışdıq. Güclü, bərk rəqiblə oynayacağımızı bilirdik. Yanvarın 4-dən hazırlığa başladıq və bütün toplanışı bu matça hazırlıq kimi keçirdik. Rəqibin taktiki sxemlərinə hazırlaşmışdıq. “Şamaxı” adətən iki sxemlə oynayır. Bunu təhlil etmişdik. Komandamıza yeni gələnlər – Keyta və Akinade çox yaxşı təsir göstərdilər. Qələbədə pay sahiblərindən oldular.

– Keyta mərkəz müdafiəçisidir, amma bu gün dayaqda oynadı. O, gələcəkdə əsas hansı mövqedə oynayacaq?
– Məcburiyyətdən belə mövqedə oynadı. Heyətdə itkilərimiz var. Dayaq yarımmüdafiəçisi mövqeyinə transfer düşünürük. Sadəcə Xayme Syerra cəzalı olduğu üçün oynamırdı. Keyta topla yaxşı davranır və bu səbəbdən onu dayaqda sınadıq. Kifayət qədər təcrübəli futbolçudur. Məncə, pis təsir bağışlamadı.

– Turan Manafovun adı komanda ilə hallanır.
– Bu transfer üzərində çalışırıq. Kifayət qədər təcrübəlidir. Lakin hələ transfer rəsmiləşməyib, danışıqlar davam edir.

– Baş məşqçi Kaxaber Sxadadze cəzalıdır. Tək özünüzü necə hiss edirdiniz?
– Futbolun bir hissəsidir. Məşqçilər də cəzalana bilər. Hansısa problem olmadı.

– Yeni transferlər keyfiyyətli görünür. Demək olar, yayda edə bilmədiyinizi bu dəfə etdiniz?
– Birinci Liqadan gələndə başqa heyət var idi. Bütün komandaların güclənməsinə ehtiyac olur. Ümumiyyətlə, belə məqsəd var idi ki, I Liqadan gələn heyəti qoruyaq, gənclərə şans verək. Onlara şans verdik. Lakin mövsüm göstərdi ki, güclənməyə ehtiyac var.

– Mövsümün ilk dövrəsində yaxşı oynasanız da, qələbə gəlmirdi. Bu gün həm yaxşı oyun, həm qələbə oldu. Komandanın potensialı budur, ya daha artığını edə bilərsiniz?
– Çempionatın I dövrəsində çox yaxşı oyunlarımız olmuşdu. Bəzən futbol bəxti bizdən üz döndərirdi. Lakin vacib məqam o idi ki, oyunumuz var və nəticəyə çevirməliyik. Çox sevindiricidir ki, həm yaxşı oynadıq, həm qələbə qazandıq.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:335
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 24 Yanvar 2026 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri