Premyer Liqada yerimizi qorumağa çalışırıq Georgi Çixradze
Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Misli Premyer Liqasında XVII turunda "Şamaxı"nın qonağı olan "Qəbələ" səfərdən darmadağıla dönüb.
Fanat.Az xəbər verir ki, qonaqların məşqçisi Georgi Çixradze 4:0 qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında görüşü dəyərləndirib:
"Komandamızı təbrik edirik. Oyuna yaxşı hazırlaşmışdıq. Ümumiyyətlə məhsuldar toplanış, uğurlu yoxlama oyunları keşirmişdik. Rəqibi hərtərəfli analiz etmişdik. Yeni transferlərimiz komandaya yaxşı qoşulublar. Onların oyunundan razı qaldıq.
Bəli, Turan Manafovla maraqlanırıq. O, təcrübəli yerli futbolçudur. Qarşıdakı günlərdə onun keçidini reallaşdırmağa çalışacağıq.
Cəza futbolun bir hissəsidir. Məşqçilər də bəzən cəzalanırlar. Kaxaber Tsxadadze ilə uzun müddətdir ki, bir yerdə işləyirik. Bir-birimizi yaxşı başa düşürük. Bu baxımdan özümü yalnız hiss etmədim. Mən əvvəllər də Azərbaycanda işləmişəm. Ona görə də, heç bir problem yox idi.
Mövsümün ilk yarısında çalışdıq ki, aşağı liqadan yüksələrkən bizimlə olan futbolçuları qoruyaq. Amma gedişat onu göstərdi ki, güclənməyə ehtiyac var. Premyer Liqada yerimizi qorumağa çalışırıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 24 Yanvar 2026 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















