“Cizgi filmlərinə qarşı müharibə”..?
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
...Ukraynanın Rusiya cizgi filmlərinə qarşı müharibəsi Kiyev rejiminin çirkinliyini ortaya qoyur..?
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın "Maşa və Ayı" cizgi serialına qarşı sanksiyalarını belə şərh edib.
Kreml sözçüsü layihənin dünyada olduqca populyar olduğunu vurğulayıb. Bu populyarlıq, qismən, sözün ən yaxşı mənasında, düzgün insani dəyərləri təbliğ etməsi ilə izah olunur.
...Bu cizgi filmləri bütün dünyanı fəth edib. Onlar öz xeyirxahlıqları ilə, öz insanlıqları ilə fəth ediblər. Ukraynanın da cizgi filmlərinə qarşı müharibəyə başlaması, bəlkə də, bir daha Kiyev rejiminin çirkinliyini nümayiş etdirir, - deyə Peskov qeyd edib.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski layihənin Ukraynada yayımını qadağan edən və ona girişi bloklayan fərman imzalayıb.
"Maşa və Ayı"nı yaradan studiya olan "Animaccord"a və layihənin ayrı-ayrı yaradıcılarına qarşı da sanksiyalar tətbiq edilib.
O da maraqlıdır ki, bəzi rus saytları Zelenskinin "Maşa və Ayı" cizgi serialına qarşı sanksiyaların cəbhədəki vəziyyətə təsir edəcəyinə əmin olduğunu bildirmişdi.
...Və bu fərziyyəni Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova irəli sürüb.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 21 Avqust 2026 21:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















