Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Gələcəyi cızan “Cizgi”lər...

Gələcəyi cızan “Cizgi”lər...

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əslində “SOS” düyməsini lap çoxdan sıxmalı olduğumuz, dəfələrlə bu barədə yazılmasına, deyilməsinə baxmayaraq hələ də dəyişməz qalan bir mövzu barədə yenidən danışmaq istəyirəm. Həm də 28 oktyabr–Beynəlxalq Animasiya Günü münasibətilə xüsusilə danışmaq istəyirəm ki, bəlkə oyana bilərik, bəlkə düzəliş edə bilərik. Əgər etməsək “Cizgi”lər uşaqlarımıza elə bir gələcək cızacaq ki, illər sonra onları tanıya bilməyəcəyik.

Bu gün münasibətilə çoxsaylı standart yazılarda olduğu kimi, nə animasiyanın tarixindən danışacağam, nə Azərbaycanda cizgi filminin nə zaman yaranmasına nəzər salacağam, nə də son illər istehsal olunan belə filmlərdən söhbət acacağam. Çünki danışmalı olduğumuz elə məsələlər var ki, yuxarıda sadaladıqlarım onun kölgəsində qalır.

Uşaqlarımız hansı cizgi filmlərinə baxır? Bax, günün sualı məhz budur. Onlar üçün cizgi filmlərini kim seçir, kim təqdim edir? Buna nəzarət varmı? Yoxsa uşaqlar nəyə istəyir, ona baxır?

Bu suallara cavab verəcəyimiz təqdirdə elə məsələni də həll etmiş olacağıq. Lakin təəssüf ki, hələ də bu barədə dərindən düşünə bilməyən valideynlər var. Uşaq hansı cizgi filminə baxır, hansı dildə baxır, mövzu nədir, nəyi aşılayır, nədən bəhs edir kimi suallar bəzi valideynlərin düşüncəsi xaricindədir. Odur ki, uşaqların gələcəyinə balta çalan çoxsaylı cizgi filmindən hər zaman olduğu kimi söhbət açmağa dəyər.

Cizgi filminə uşaqlar kiçik yaşlardan baxmağa başlayır. Əslində bu filmləri onlara biz təqdim edirik. Bəzən yemək istəmir, açırıq televizoru və yaxud da telefonumuzu, qarşımıza çıxan ilk cizgi filmini uşağa təqdim edirik ki, başı qarsısın, biz onu rahat, özümüzə əziyyət vermədən yedirə bilək.

Bəzən uşaq ağlayır, narahatlıq edir. Analar isə yenə də onları sakitləşdirmək, işinə mane olmamsı üçün televizor qarşısına qoyur və cizgi filmi ilə başlarını qatır.

Cizgi filmi əslində uşağın inkişafında, intellektinin formalaşmasında əvəzsiz vasitədir. Lakin hər cizgi filmi haqqında bunu demək mümkün deyil. Birincisi, uşaq öz ana dilində cizgi filminə baxmalıdır. Çünki yeni danışmaq istəyən uşağı başqa dildə olan filmlə anlaşılmaz vəziyyətə gətirə, beynini yükləmiş oluruq. Uşaq filmdəki danışıqla ailədəki danışıq arasında çətin bir vəziyyətə düşmüş olur və hansını qəbul edəcəyini bilmir. Elə bu səbəbdən də danışması ləngiyə də bilir.

Uşaqlara cizgi filmləri valideynləri tərəfindən seçilməlidir. Valideyn öncə filmi özü seyr etməli, burada artıq-əskik nə isə olmadığına əmin olandan sonra övladının baxmasına icazə verməlidir.

Xarici ölkələrdə istehsal olunan cizgi filmləri var ki, bu filmlər adamı həqiqətən də heyrətə gətirir: burada azyaşlı uşaqların makiyajdan istifadə etməsi, geyimlərini özləri seçməsi və ana ilə razılaşmaması, maddi vəziyyəti yaxşı olan və yaxşı olmayan dostlar, rəfiqələr arasında ayrı-seçkilik məsələləri var. Ötən aylarda bir cizgi filmi ilə qarşılaşmışdım, burada iki oğlan bir-biri ilə evlənirdi. Bax, bu kimi cizgi filmləri uşaqlarımıza nəyi aşılayır?..

Uşağın yaşına, yaşadığı cəmiyyətə, milli dəyərlərə uyğun olmayan filmlər onların gələcəyinin üzərindən bir cızıq çəkir. Bunu qətiyyən unutmayaq. Eyni zamanda əgər normal filmdirsə, lakin öz ana dilimizdə deyilsə, bu da onlar üçün zərərlidir. Düzdür, başqa dil öyrənmək yaxşıdır. Lakin bu, uşaq öz ana dilini mənimsəyəndən sonra ola bilər.

Beləliklə, uşaqlara elə cizgi filmləri təqdim edək ki, bu filmlər onların gələcək həyatında “özünəməxsus” yer almasın. Dünyaya baxışı yenicə formalaşan, beyni ağ səhifəyə bənzəyən övladımıza hər hansı bir məqsədlə hazırlanan, nəyə xidmət etdiyini heç özümüz də anlamadığımız filmlərə baxmağa icazə verməyək.

Yaxşı olar ki, onlara daha çox vaxt ayıraq. Özümüz baxmadan onların baxmasına mane olaq. Axı onlar cızgi filmini seçmək bacarığında da deyillər. Biz nəyi təqdim etsək, ona da baxacaqlar, ona da maraq göstərəcəklər. Belə isə, birinci özümüzü tərbiyə edək. O mənada ki, uşaqlara nəyi təqdim etdiyimizi anlayaq ki, onların gələcəyinə əngəl yaratmayaq.

Bu barədə yeni yazırıq, yenə deyirik. Fikirləşmək isə bu barədə əsla düşünməyən çoxsaylı valideynin üzərinə düşür. Cizgi filmləri övladımızın gələcəyini işıqlandırsın, yoxsa qaranlığa çevirsin, bu suala cavab verə bilsək, məsələ həll olunmuş sayılır.

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Oktyabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see543

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see532

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see528

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see473

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see447

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see431

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see352

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see340

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see324

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see319

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see311

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see306

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see294

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see293

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see292

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see292

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see292

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see278

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see276
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri