ÇL qalibi Kvaratsxeliya Gürcüstanda ən yaxşı idmançıların siyahısına düşə bilmədi
Icma.az, Unikal.az saytına istinadən bildirir.
Gürcüstan Milli Olimpiya Komitəsi 2025-ci ilin ən yaxşı idmançılarının adlarını açıqlayıb.
"Unikal" yerli mətbuata istinadla xəbər verir ki, milli komandanın və Fransanın PSJ klubunun ulduz futbolçusu Xviça Kvaratsxeliya qaliblər sırasına düşə bilməyib. Ötən il Paris təmsilçisi ilə UEFA Çempionlar Liqasının qalibi olan yarımmüdafiəçinin mükafatçılar arasında göstərilməməsi birmənalı qarşılanmayıb.
Gürcüstanda ilin kişi və qadın idmançıları adına, müvafiq olaraq, qılıncoynatmanın sablya növü üzrə yığmanın üzvü Sandro Bazadze və qadın cüdoçu Etar Liparteliani layiq görülüblər. Bazadze karyerası ərzində ilk dəfə dünya çempionu olub. Liparteliani isə Gürcüstana dünya çempionatında qızıl medal qazandıran ilk qadın cüdoçu kimi tarixə düşüb.
Komanda idman növlərində ölkənin ən yaxşısı isə basketbol üzrə Gürcüstan millisinin kapitanı Tornike Şengeliya seçilib. Yığma bu il keçirilən Avropa çempionatında 1/4 finala yüksəlməklə tarixi uğura imza atıb. Gürcüstan seçməsi turnirdə İspaniya və Fransa kimi güclü komandaları məğlub edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 25 Dekabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















