Icma.az
close
up
RU
CNN in saxta xəbəri: Təkzib verməli və üzr istəməlidir

CNN in saxta xəbəri: Təkzib verməli və üzr istəməlidir

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Məlum olduğu kimi, iyunun 5-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) və Azərbaycan Xarici İşlər Nazirliyi "CNN World" xəbər kanalının internet səhifəsində yayımlanan və Azərbaycanın guya İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatlarında istifadə edilməsi ilə bağlı iddialara münasibət bildirib. 

Hər iki qurum yayılan məlumatların həqiqəti əks etdirmədiyini vurğulayaraq, həmin iddiaları dezinformasiya və məqsədli informasiya manipulyasiyası kimi qiymətləndirib. 

CNN-də dərc olunan materialda anonim mənbələrə istinad edilərək İsrailin İranla qarşıdurması zamanı Azərbaycan ərazisindən istifadə etdiyi, eləcə də İsrailə məxsus qüvvələrin Azərbaycan ərazisində yerləşdirildiyi iddia olunub. 

Anonim mənbələrə əsaslanan bu tip xəbərlər beynəlxalq mediada nə qədər etibarlı hesab olunur? 

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında siyasi şərhçi, Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Azər Həsrət bildirib ki, sözügedən materialı diqqətlə təhlil edib və jurnalistika prinsipləri baxımından qiymətləndirib.

O bildirib ki, CNN-in materialında jurnalistika prinsipləri pozulub:

“CNN-dəki həmin materialı mən də diqqətlə oxumuşam və ona jurnalistika gözü ilə nəzər yetirmişəm. Çünki istənilən məlumat jurnalistika standartlarına uyğun hazırlanmalıdır ki, saxtakarlıq və manipulyasiya olmasın. 

Təəssüf ki, CNN-in sözügedən materialında dörd ayrı mənbəyə istinad edilir, amma dördü də anonimdir. Yəni faktiki olaraq nəinki mənbələrin adı açıqlanmır, hətta işarə belə verilmir ki, o mənbələr hansı qurum və ya çevrələrə aid ola bilər. 

Bu, bir. İkincisi, CNN Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edərək bu iddialarla bağlı mövqe öyrənib. Nazirlik isə rəsmi şəkildə, kifayət qədər aydın və anlaşıqlı formada məlumat bildirib ki, sözügedən məlumat saxtadır və əsassızdır. Yəni heç bir fakta söykənməyən məlumatdır”.

Media eksperti əlavə edib ki, CNN məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyini öyrənsə də, nazirliyin açıqlamasına materialda kifayət qədər yer ayırmayıb: 

“Təəssüf ki, CNN Xarici İşlər Nazirliyinin bu mövqeyini cəmi bir cümlə ilə qeyd etməklə kifayətlənib. Bununla yanaşı, məqalənin davamında yenidən anonim mənbələrə istinad edərək Azərbaycanın guya öz ərazisində İsrailin hərbi və kəşfiyyat qüvvələrini yerləşdirdiyini, həmin imkanlardan isə İrana qarşı istifadə olunduğunu iddia edib. 

Faktiki olaraq burada jurnalistikanın bütün prinsipləri ayaqlar altına atılıb. Məhz buna görə də Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyi bu idi ki, onlar təkzib verilməli və həqiqət ictimaiyyətə çatdırılmalıdır”.

Azər Həsrət vurğulayıb ki, CNN Azərbaycan dövlətindən üzr istəməlidir: 

“Mən də hər halda yetərincə təcrübəsi olan bir ictimai fəal, eyni zamanda jurnalist, xüsusən də beynəlxalq qurumlarla işləyən biri kimi hesab edirəm ki, əgər CNN özünə hörmət edirsə, mütləq təkzib verməli və Azərbaycan dövlətindən üzr istəməlidir. Bu, böhtan, şər və yalan məlumatdır. 

Məlumatın yalan olması bir yana, əgər onlar bunun həqiqətə uyğun olmadığını bilə-bilə yayıblarsa, bu artıq jurnalistika deyil. Onu da qeyd etmək istəyirəm ki, ABŞ Prezidenti Donald Tramp CNN-i dəfələrlə "fake news media" (saxta xəbər mediası) adlandırıb. 

Həqiqətən də CNN bu cür yanaşması ilə Donald Trampın söylədiklərini növbəti dəfə təsdiqləmiş oldu. Bu hadisə bir daha göstərdi ki, CNN saxta xəbər mediasıdır. Biz illərdir CNN və ona bənzər bəzi media qurumlarının saxta xəbərçiliklə məşğul olduğu ilə bağlı narahatlıqlarımızı dilə gətiririk və bu gün də həmin mövqedəyik. 

Təəssüf ki, Azərbaycanın daxilində də bəzi şəxslər bizi ittiham edərək bildirirlər ki, guya dünyaca tanınan media qurumlarını əsassız şəkildə tənqid edirik. Lakin buyurun, faktın daha biri, həm də çox biabırçı tərzdə təqdim edilmiş bir material bir daha göstərdi ki, CNN-in jurnalist peşəkarlığı ilə bağlı ciddi suallar mövcuddur”. 

O bildirib ki, CNN-in fəaliyyəti jurnalistikadan daha çox siyasi kampaniyaçılığı xatırladır: 

“Yeri gəlmişkən, onu da xüsusi vurğulamaq istəyirəm ki, CNN siyasi kampaniyaçılıqla məşğul olan bir mediadır. Bu da heç kimə sirr deyil. Kanal ABŞ daxilində açıq şəkildə anti-Tramp mövqedən çıxış edir. Tənqid etmək başqa məsələdir və ABŞ-də media azaddır, bunu edə bilərlər. 

Amma bir media qurumunun faktiki olaraq müəyyən siyasi düşərgəyə daha geniş meydan verməsi və davamlı şəkildə birtərəfli yanaşma nümayiş etdirməsi artıq jurnalistikanın obyektivlik prinsipləri baxımından müzakirə mövzusuna çevrilir. Yəni bu, artıq media fəaliyyəti deyil. 

Korporativ, şəxsi, bizə bəlli olmayan hansısa maraqlara xidmətdir. Hətta qorxuram ki, CNN artıq terroru dəstəkləyən İra rejiminin, yəni fars molla hakimiyyətinin maraqlarına xidmət edir”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

 

Açar sözlər: CNN Azər Həsrət

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 İyun 2026 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri