Icma.az
close
up
RU
Co Bayden oğlunu əfv etdi

Co Bayden oğlunu əfv etdi

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AzVision.az Amerika prezidentinin bəyanatını yayan Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir ki, əfv həm Hanter Baydenin mümkün məhkumluğunu, həm də potensial günahının etirafına şamil olunacaq. Halbuki əvvəllər Co Bayden dəfələrlə belə bir ehtimalı istisna etmişdi.
Beləliklə də, Hanter Bayden qanunsuz silah saxlanmasına və vergidən yayınma hallarına görə cinayət işləri üzrə əfv edilib. Birinci iş üzrə hökmün çıxarılması dekabrın 12-də, ikinci iş üzrə isə dekabrın 16-da gözlənilirdi.
“Mən bu işdə ABŞ Ədliyyə nazirliyinin işinə təsir göstərməyəcəyimə dair vədimə əməl etdim. Amerikalıların ata və prezidentin niyə belə bir addım atdığını anlayacaqlarına ümid edirəm. Mənim oğluma qarşı irəli sürülən ittihamlar siyasi motivlidir. Bunlar məni “sındırmaq” cəhdləri idi, ona görə də Hanterə hücumların dayanacağını düşünməyimə heç bir səbəb yoxdur”, - Co Bayden iddia edib.
ABŞ prezidenti oğlunu əfv etmək qərarını çox düşündükdən sonra və bunun təkcə qohumluq əlaqələri ilə yox, həm də məhkəmənin ədalətsiz olduğuna əminliyi əsasında veridyini bildirib.
- Mən ədalətə inanıram, amma inanıram ki, siyasət bu prosesə nüfuz edib və ədalətin pozulmasına gətirib çıxarıb”, - ABŞ prezidenti deyib.
Vəziyyətlə tanış olan iki mənbənin “NBC News” telekanalına ötürdüyü məlumata əsasən, Co Bayden ən azı Hunter Baydenin iyun ayında məhkum olunduğu vaxtdan bəzi ən yaxın köməkçiləri ilə oğlunu əfv etmək barədə müzakirələr aparır.
Onların dediyinə görə, yayda, Amerika prezidenti hələ də seçki kampaniyasının iştirakçısı olanda, “məsələnin masada qalmasına” rəğmən, Co Baydenin öz oğlunu əfv etməyəcəyini açıq şəkildə bildirəcəyi qərara alındı. Noyabrın əvvəlində Ağ Evin mətbuat katibi Karin Jan-Pyer də prezidentin mövqeyinin dəyişmədiyini bildirmişdi.
Qeyd edək ki, sentyabr ayında Hanter Bayden doqquz vergi cinayətinin hamısında günahını etiraf etdi. Amerika mediası milli qanunvericiliyə uyğun olaraq, iş üzrə müttəhimə qarşı irəli sürülən ittihamların 17 ilə qədər həbs cəzası nəzərdə tutduğuna diqqət çəkib.
Daha əvvəl isə oğul-Bayden Delaver ştatının Uilminqton şəhərində qanunsuz silah saxlamaqla bağlı üç ittiham əsasında məhkum edilib. Bu cinayət üzrə ABŞ qanunlarına görə maksimum cəza 25 il həbs və 750 min dollar məbləğində cərimədir.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://azvision.az
archiveBu xəbər 02 Dekabr 2024 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see427

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see341

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see302

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see293

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see237

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see236

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see214

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see209

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see199

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see187

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see187

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see181

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see177

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see176

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see171

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see167

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see149

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri