Çoban itinin öldürdüyü kişi ötən il də hücuma məruz qalıbmış TƏFƏRRÜAT
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Çoban iti 83 yaşlı kişini boğaraq öldürüb. Hadisə Balakən rayonunun Mahamalar kəndində baş verib.
Kənd sakini, 83 yaşlı Məhəmməd Qadalov oğlu Atayev çoban itin hücumuna məruz qalıb. İt kişinin üstünə hücum edərək onu öldürüb.
Modern.az hadisə ilə bağlı bir sıra təfərrüatlar əldə edib.
Məlumata görə, hadisə kənd ərazisində yerləşən meşəlik ərazidə baş verib. Məhəmməd Qadalovun həmin ərazidə pay torpağı olub və tez-tez ora gedirmiş.
Mərhum ötən il də eyni ərazidə itlərin hücumuna məruz qalıb. Bu dəfə kişi itə müqavimət göstərə bilməyib. Çoban iti onu yerə yıxıb və boğaz nahiyəsindən dişləyib. Nəticədə Məhəmməd Atayev hadisə yerindəcə boğularaq ölüb.
Baxış sayı:29
Bu xəbər 11 Noyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















