Icma.az
close
up
RU
Amerikanın öldürdüyü liderlər ARAŞDIRMA

Amerikanın öldürdüyü liderlər ARAŞDIRMA

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tarixə xronoloji baxanda bir detal dərhal görünür: ABŞ-nin “hədəfli zərbə” strategiyası zamanla texnoloji cəhətdən dəyişib - işğal əməliyyatlarından pilotsuz dron zərbələrinə qədər.

Modern.az xronoloji ardıcıllıqla ABŞ əməliyyatları nəticəsində öldürülən və ya devrilməsi ABŞ müdaxiləsi ilə baş verən liderləri təqdim edir.

1989 – Manuel Noriega

1989-cu ildə ABŞ “Just Cause” əməliyyatı ilə Panamaya müdaxilə edib. Nəticədə, Prezident Manuel Noriega saxlanılaraq ABŞ-a aparılıb.

O, narkotik qaçaqmalçılığı və digər ittihamlarla ABŞ məhkəməsində mühakimə olunaraq, həbs edilib.

2003 - Səddam Hüseyn


 

ABŞ rəhbərliyində koalisiya qüvvələri 2003-cü ildə İraqa müdaxilə etdi. Səddam Hüseyn devrildi, həmin ilin dekabrında saxlanıldı və 2006-cı ildə İraq məhkəməsinin hökmü ilə edam edildi.

Onun ölümü birbaşa ABŞ tərəfindən həyata keçirilməsə də, hakimiyyətdən uzaqlaşdırılması Vaşinqtonun hərbi müdaxiləsinin nəticəsi idi.

2011 (may) – Osama bin Laden

2 may 2011-ci ildə Pakistanın Abbottabad şəhərində ABŞ xüsusi təyinatlıları tərəfindən keçirilən əməliyyat nəticəsində “Əl-Qaidə” lideri öldürüldü.

Əməliyyat Prezident Barack Obama administrasiyası dövründə həyata keçirildi və 11 sentyabr hücumlarına cavab kimi təqdim olundu.

2011 (sentyabr) – Ənvər Əl-Əvlaki

Yəməndə ABŞ pilotsuz uçuş aparatı ilə həyata keçirilən zərbə nəticəsində öldürüldü.

Bu hadisə xüsusilə mübahisəli idi, çünki əl-Əvlaki ABŞ vətəndaşı idi və məhkəməsiz hədəfə alınmışdı.

2011 (oktyabr) – Muəmmər Qəddafi


 

Liviya böhranı zamanı NATO qüvvələrinin (ABŞ daxil olmaqla) hava əməliyyatları nəticəsində rejim zəiflədi.

Qəddafi müxalif qüvvələr tərəfindən ələ keçirilib öldürüldü. ABŞ birbaşa qətli törətməsə də, hərbi müdaxilə rejimin süqutunda həlledici rol oynadı.

2026 (yanvar) - Nikolas Maduro
 

Venesuelanın keçmiş prezidenti, ABŞ xüsusi əməliyyat qüvvələri tərəfindən 2026-cı il yanvarın 3-də ölkədən “ələ keçirildi” və ABŞ-da həbs edildi.

2026 (fevral) - İran ali lideri Seyyid Əli Xamenei

28 fevralda İsrail və ABŞ-nin İrana ani hərbi müdaxiləsi dünyanın əsas gündəminə çevrilib. ABŞ və İsrailin İrana hərbi müdaxiləsi nəticəsində ölkənin ali rəhbəri Əli Xamenei öldürülüb. Bu məlumat İran Dövlət Televiziyası tərəfindən də təsdiqlənib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Mart 2026 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri