Icma.az
close
up
RU
Coca Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb

Coca Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb

Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin paytaxtı Ankara şəhərində baş tutan “Türk Sahibkar Qadınlarının Gücü Müsabiqəsi”ndə “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Rəna Məmmədova nüfuzlu mükafata layiq görülüb.

Müsabiqəni Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB), TOBB Qadın Sahibkarlar Şurası və Türkiyənin İqtisadi Siyasət Araşdırmaları Fondu (TEPAV) təşkil edir və türkdilli ölkələrdə qadın sahibkarlığı, həmçinin liderliyinin inkişafına töhfə verən şirkətlərin və sahibkar qadınların təltif edilməsini hədəfləyir. Bu müsabiqə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgəəməkdaşlığı ilə elan edilib.

Tədbirdə öncə Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın qadın sahibkarlıq təşkilatlarının rəhbərləri uğurlu fəaliyyətlərinə görə Türkdilli Dövlətlər Təşkilatı və Türkiyə Palatalarc və Birjalar Birliyi (TOBB) tərəfindən mükafatlandırılıb. Bu mükafatı Azərbaycanda qadın sahibkarlığını təmsil edən AQSİA-nın İdarə Heyətinin sədri Səkina Babayeva qəbul edib.

 “Azerbaijan Coca-Cola Bottlers” şirkəti isə qadınların inkişafı və məşğulluğunun artırılması sahəsində həyata keçirdiyi uğurlu fəaliyyətə görə müsabiqənin “Qadın məşğulluğunda ən çox artım göstərən şirkət” nominasiyasının qalibi seçilib.

Rəsmi mərasimdə “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Rəna Məmmədovayaqadın məşğulluğunun artırılması istiqamətində həyata keçirilən davamlı layihələrə görə xüsusi mükafat təqdim edilib. Rəna Məmmədovaya mükafatı TOBB sədri Rıfat Hisarcıklıoğlu və Azərbaycan Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musayev təqdim edib.

Rəna Məmmədova şirkətin bu mükafata layiq görülməsindən öz məmnunluğunu bildirib və qadınların inkişafının şirkətin prioritetlərindən olduğunu vurğulayıb:

“Coca-Cola sistemində qadınların inkişafını dəstəkləmək bizim üçün yalnız sosial məsuliyyət deyil, həm də biznesin davamlı inkişafı üçün əsas şərtdir. Azərbaycanda qadın əməkdaşlarımızın istehsaldan tutmuş idarəetməyə qədər bütün sahələrdə daha geniş təmsil olunmasına nail olmaqdan qürur duyuruq. Bu mükafat isə gördüyümüz işin Türk Dünyası səviyyəsində tanınmasıdır” .

Qeyd edək ki, “Azerbaijan Coca-Cola Bottlers” Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq fəaliyyət göstərir. Anadolu Group-un bir hissəsi olan ‘Coca-Cola İçecek’ (CCİ) 2023-cü ildən bəri ardıcıl olaraq 3 ildir ki, qadın və kişi əməkdaşları arasında bərabərliyin təmin edilməsində yüksək standartları qoruduğuna görə nüfuzlu beynəlxalq ‘Bərabər Əməkhaqqı Sertifikatı’na layiq görülür.

Xatırladaq ki, Coca-Cola 2025-ci ildə Azərbaycanda 30 illik yubileyini qeyd edir. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb və o vaxtdan bəri “Coca-Cola”, “Fanta”, “Sprite”, “Bonaqua”, “Cappy” və “Fuse Tea” kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://marja.az
archiveBu xəbər 12 Dekabr 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri