Icma.az
close
up
RU
Türk Dünyasını birləşdirən DƏHLİZ

Türk Dünyasını birləşdirən DƏHLİZ

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir. Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur. Üç ölkənin nəqliyyat, tranzit, logistika istiqamətində birgə səylər göstərməsi nəinki ölkələrimiz üçün, böyük region üçün mühüm əhəmiyyət daşıyacaq” - Prezident İlham Əliyev.
Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri daha bir önəmli hadisə ilə yadda qaldı. Türk dünyasının 3 dövləti – Azərbaycan, Türkmənistan və Özbəkistan Mərkəzi Asiya və Xəzər hövzəsi regionu üçün strateji rola sahib yeni əməkdaşlıq formatının əsasını qoydular. Üç ölkə liderinin iştirakı ilə imzalanmış sazişlər sırasında şübhəsiz, nəqliyyat əməkdaşlığı ilə bağlı hədəfləri özündə ifadə edən Anlaşma Memorandumu daha çox diqqəti cəlb edir.
 

İlk növbədə, ona görə ki, bu gün qlobal proseslər fonunda nəqliyyat dəhlizləri və onların müasirləşdirilməsi beynəlxalq nəqliyyat xəritəsinin yenilənməsi strategiyasının mühüm hədəfi sayılır.


Azərbaycan Şərqlə Qərb, Avropa ilə Asiya arasında strateji nəqliyyat körpüsü rolunda çıxış edir. Bu nöqteyi-nəzərdən, Qafqaz və Mərkəzi Asiyanın nəqliyyat infrastrukturunun əlaqələndirilməsi ölkəmizə həmin körpü funksiyasını daha effektiv və etibarlı şəkildə həyata keçirməkdə yardımçı olacaq.
Türkmənbaşıda yeni format yaradıldı
Prezident İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Türkmənbaşı şəhərindən dünyaya verdiyi mesajlar bu 3 ölkənin geosiyasi və geoiqtisadi çəkisinin sürətlə yüksəldiyinin tam təsdiqi sayılmalıdır. Belə ki, hər 3 dövlət zəngin enerji resurslarına sahibdir, Azərbaycan və Türkmənistanla yanaşı, artıq Özbəkistanda da neft ehtiyatlarının olduğu barədə mülahizələr səslənir və Azərbaycanın SOCAR şirkəti bu ölkədə neft hasilatını həyata keçirmək üçün ciddi işlər görür.
Təbii, enerji faktoru planetin gələcəyinin müəyyən edilməsində əhəmiyyətli rol oynayacaq, lakin enerjidən heç də az əhəmiyyət kəsb etməyən digər sahə də var - nəqliyyat sektoru.
Həqiqətən də, beynəlxalq nəqliyyat xəritəsinin dünyada mövcud olan müharibələr, münaqişələr ucbatından əsaslı şəkildə deformasiyaya uğradığı bir vaxtda bu sahə xüsusi aktuallığı ilə ön plana çıxır. Və sevindirici haldır ki, Azərbaycan hazırda həm tranzit, həm də logistik imkanlar hesabına nəqliyyat xəritəsinin aparıcı ölkəsi statusunu uğurla daşıyır.   
Liderlərin Türkmənistandakı açıqlamalarından o da aydın oldu ki, Bakı, Türkmənbaşı və Daşkənd nəqliyyat əlaqələrini yeni mərhələyə keçirmək niyyətindədir və müvafiq qurumlar yaxın müddətdə yeni təkliflərlə çıxış edəcək, başqa sözlə desək, nəqliyyat fəaliyyəti üzrə əməkdaşlığın “yol xəritəsi”ni müəyyənləşdirəcəklər.
Üçtərəfli əməkdaşlığın prioritet istiqamətləri
Türkmənistan - elektrik enerjisi, qaz sahəsində strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün geniş imkanlar olduğunu deyir, “Böyük İpək Yolu”nun bərpası üçün Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizləri çərçivəsində əlaqələri genişləndirməyi təklif edir, Mərkəzi Asiya və Xəzər hövzəsinin nəqliyyat infrastrukturunun gücləndirilməsinin vacib olduğunu düşünür.
Özbəkistan - nəqliyyat dəhlizlərinin inkişafı, o cümlədən, Türkmənbaşı və Bakı limanlarının imkanlarından səmərəli istifadə, birgə logistika infrastrukturunun formalaşması, milli nəqliyyat sistemlərinin inteqrasiyasının dərinləşdirilməsi məqsədilə regionda fəaliyyətdə olan və perspektivli marşrutların birləşdirilməsi təşəbbüslərini irəli sürür, logistika infrastrukturunun inkişafı layihələri üzərində birgə işin aparılması və Xəzər dənizi vasitəsilə bərə daşımalarının həyata keçirilməsini əhəmiyyətli sayır.
Azərbaycan - nəqliyyat-logistik infrastruktura malik ölkə kimi karbohidrogen yataqlarının işlənməsi və hasil olunan elektrik enerjisinin ixracı üzrə perspektiv layihələrə, əmtəə dövriyyəsinin böyük həcmdə artırılması və sənaye kooperasiyası miqyaslarının genişləndirilməsinə, milli müəssisələrin istehsal etdiyi keyfiyyətli məhsulların qarşılıqlı tədarükünün stimullaşdırılması təkliflərinə yaxından dəstək verir, bu tədbirlərin bütün Avrasiya regionunun inkişafına töhfə verəcəyini bildirir.
Baki dünyaya hansı logistik xidmətlər təklif edir?
Bəli, ölkəmizin coğrafi mövqeyi və logistik imkanları, ən müasir nəqliyyat infrastrukturuna sahib olması Azərbaycanın da iştirak etdiyi marşrutlara beynəlxalq marağı yüksəldir. Nəticədə, bu marşrutlarla daşınan yüklərin həcmində artımlar özünü göstərir. Statistikaya baxaq.
2025-ci ilin yanvar-iyun aylarında nəqliyyat dəhlizlərində
-dəmir yolu nəqliyyatı ilə 7 milyon 120,1 min ton,
-dəniz nəqliyyatı ilə 3 milyon 752,2 min ton,
-avtomobil nəqliyyatı ilə 5 milyon 307,7 min ton yük daşınıb.
-Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 8 milyon 300,8 min ton,
-Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 4 milyon 690,5 min ton təşkil edib.
 

Şərq-Qərb nəqliyyat marşrutunun əsas layihəsi – Orta Dəhliz getdikcə Asiya və Avropa arasında ən səmərəli xətt olduğunu təsdiqləyir. Bu dəhliz Çin və Mərkəzi Asiyanı Yaxın Şərq və Cənubi Avropa ilə birləşdirir.


Təbii ki, Azərbaycan həmin marşrutda coğrafi mövqeyi və inkişaf etmiş infrastrukturu, xüsusən, Ələt Limanı və logistika şəbəkəsi ilə mərkəzi yer tutur. Üstəlik, rəqəmsallaşma və bölgədə gömrük prosedurlarının uyğunlaşdırılmasına yatırılan investisiyalar dəhlizin effektivliyinin artırılmasında əsas rol oynayacaq. Qlobal təchizat zəncirlərinin yenidən qurulduğu və geosiyasi gərginliyin artdığı bir dövrdə Orta Dəhlizin strateji əhəmiyyəti hər kəs tərəfindən anlaşılır və hər kəs də bu layihədə Azərbaycanın əsas geostrateji faktor olduğu həqiqəti ilə barışır.
Ölkəmizin nəqliyyat layihələri üçün mərkəzi funksiya yerinə yetirdiyini faktlar da təsdiqləyir. Məsələn,
-2025-ci ilin 7 ayı ərzində Bakı limanı vasitəsilə 4 milyon 600 min tondan çox yük aşırılıb;
-bu, cari il ərzində daşınan yüklərin həcmində 7 faizlik artım deməkdir;
-7 ay ərzində Bakı limanın vasitəsilə təxminən 60 min TEU-dan çox konteyner daşınıb;
-bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 54 faiz artım deməkdir.
Zəngəzur dəhlizi nəqliyyat siyasətinin mərkəzində
Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin ABŞ prezidentinin iştirakı ilə imzaladığı sülh razılaşmasına əsasən, Orta Dəhliz layihəsinin əsas seqmentinə çevriləcək Zəngəzur dəhlizi tezliklə istifadəyə veriləcək. Bu xətt təkcə Türkmənistan və Özbəkistanı deyil, Mərkəzi Asiyanın digər respublikalarını, eləcə də Çini, həmçinin Türkiyəni, hətta Pakistanı vahid nəqliyyat məkanında birləşdirəcək. Şübhəsiz, Türkmənistan və Özbəkistan liderlərini Azərbaycanla nəqliyyat sahəsində yeni saziş imzalamağa və yeni üçtərəfli format yaratmağa stimullaşdıran amil də məhz Zəngəzur dəhlizinin fəaliyyətə başlayacağı ilə bağlı verilən nikbin proqnozlardır.
 

Bütün bu hadisələr əsasında regional arxitekturanın yeni konturları cızılır, Mərkəzi Asiya və Cənubi Qafqaz vahid nəqliyyat məkanına çevrilir.


Azərbaycan Prezidentinin qətiyyətli siyasəti nəticəsində ölkəmiz bu arxitekturanın yaradıcıları və əsas oyunçularından biri statusunu əldə edir. İndiki geosiyasi burulğanlar kontekstində nəqliyyat sektoru qlobal təhlükəsizlik və sabitliyin əsas qarantı rolunu oynadığı üçün Türkmənistanda imzalanmış üçtərəfli saziş türk dünyasının bu prosesin aparıcı aktorları sırasında yer alacağına qəti inam formalaşdırır.
Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Avqust 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyalı turistlər Çin otellərində kabus gördüklərini deyirlər...

24 Avqust 2025 18:14see229

Üz ifadəsindən insanın yalan danışdığını müəyyən etmək mümkündür? (TƏDQİQAT)

24 Avqust 2025 09:19see139

Finlandiya ABŞ ın iştirakı ilə təlimlərə başlayır

25 Avqust 2025 04:17see135

Rusiya ordusu Dnepropetrovsku atəşə tutub, ölən və yaralananlar var

23 Avqust 2025 22:13see132

Badamdarda kişi quyuya düşdü

24 Avqust 2025 05:46see131

Zelenskidən Rusiyaya qəti cavab: Verməyəcəyik

23 Avqust 2025 22:11see128

La Liqa: Real Madrid rəqibinə şans vermədi

25 Avqust 2025 01:42see127

Alimlər XƏBƏRDARLIQ EDİR: Bu məhlulun ölüm təhlükəsi var

24 Avqust 2025 22:00see125

Mançester Yunayted qələbəni əldən verdi

24 Avqust 2025 22:14see125

“Çelsi”ni o da tərk etdi

23 Avqust 2025 21:09see124

TƏBİB: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar müraciət edən 4 nəfərdən 2 nin durumu orta ağırdır

24 Avqust 2025 16:03see120

Türk professor: İstilik ölüm riskini artıran bir amildir

23 Avqust 2025 21:47see120

Muğamı Günü ilə bağlı virtual sərgi və kitab sərgisi istifadəçilərə təqdim olunub

24 Avqust 2025 23:08see120

Bu idmançı tennis oynamaqla 1 milyard dollar qazandı

24 Avqust 2025 10:39see119

Gizli sənədlər ortaya çıxdı ABŞ Rusiyanı NATO ya daxil etmək istəyirmiş

24 Avqust 2025 23:54see119

40 dan sonra bədəni gücləndirəcək məşq növü adlandırılıb...

23 Avqust 2025 22:36see117

Ət qiymətləri rekord səviyyəyə çatdı

24 Avqust 2025 17:33see117

Anton Krivotsyukun komandası iki dəfə hesabda irəli çıxıb, 72 ci dəqiqədə azlıqda qalıb

24 Avqust 2025 22:01see117

Ən faydalı 3 tərəvəz Mütəxəssislərin tövsiyəsi

23 Avqust 2025 23:02see116

Rusiyalı idmançı Bosfor boğazını keçərkən yoxa çıxıb

25 Avqust 2025 00:58see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri