Icma.az
close
up
RU
“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 10 iyun, AZƏRTAC

İyunun 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm və Təhsil Nazirliyi ilə “Alqoritmika” Beynəlxalq Proqramlaşdırma və Riyaziyyat Məktəbinin əməkdaşlığı çərçivəsində həyata keçirilən “Code for Future” layihəsinin 2025–2026-cı tədris ili üzrə bağlanış tədbiri keçirilib.

Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib. Tədbirdə universitet rəhbərliyi, “Alqoritmika” şirkətinin nümayəndələri, layihə çərçivəsində tədris prosesində iştirak edən təlimçilər və tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən strateji inkişaf məsələləri üzrə prorektor Könül Pirverdiyeva “Code for Future” layihəsinin müasir müəllim hazırlığı baxımından əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, rəqəmsal bacarıqlar və alqoritmik düşüncə artıq gələcəyin müəllimi üçün əlavə üstünlük deyil, peşəkar hazırlığın vacib komponentidir. ADPU-da bu layihənin beşinci dəfə həyata keçirilməsi isə universitetin rəqəmsal təhsil, innovativ pedaqogika və əmək bazarının tələblərinə uyğun müəllim hazırlığı istiqamətində ardıcıl fəaliyyətinin göstəricisidir.

K.Pirverdiyeva layihənin icrasına göstərilən dəstəyə görə Elm və Təhsil Nazirliyinə və “Alqoritmika” Beynəlxalq Proqramlaşdırma və Riyaziyyat Məktəbinə təşəkkürünü bildirib.

Daha sonra layihə rəhbəri Nəzrin Əliyeva cari tədris ili ərzində həyata keçirilən fəaliyyətlər və əldə olunan nəticələr barədə təqdimatla çıxış edib. N.Əliyeva bildirib ki, 2025–2026-cı tədris ili ərzində layihədə ümumilikdə 106 tələbə iştirak edib, təlimlər üzrə 87 faiz ümumi performans və 90 faiz davamiyyət göstəricisi qeydə alınıb. Həmçinin tədris ili ərzində tələbələrin inkişafına və fəallığının artırılmasına yönəlmiş 4 dərsdənkənar tədbir təşkil olunub.

Tədbir 2025–2026-cı tədris ili üzrə layihə məzunlarına sertifikatların təqdim edilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Code for Future” layihəsi gələcək müəllimlərin informatika fənninin tədrisində innovativ və effektiv yanaşmaları mənimsəməsini, bu sahədə bilik və bacarıqlarını inkişaf etdirməsini hədəfləyən təşəbbüsdür. Layihə çərçivəsində tələbələrin həm texniki bilikləri, həm də praktik bacarıqları gücləndirilir, onların tədris prosesində müasir texnologiyalardan səmərəli istifadə vərdişləri formalaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2026 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri