Icma.az
close
up
RU
“Code For Future”nin məzunu olan BDU tələbələrinə sertifikatlar verilib

“Code For Future”nin məzunu olan BDU tələbələrinə sertifikatlar verilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 24 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) “Code For Future” layihəsinin növbəti məzun günü keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib. Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Code For Future” layihəsinin yalnız universitet deyil, bütün ölkə üçün önəmli olduğunu deyib. Bildirib ki, ali təhsil müəssisələrinin məqsədi əmək bazarının tələblərinə cavab verən kadrlar hazırlamaqdır. Bu layihə də həmin məqsədə xidmət edir və uğurla icra edilir: “Universitetimizdə “Code For Future”dən sonra “DevEducation” IT kolleci, “Codelandia” kimi layihələr tələbələrimiz üçün yeni imkanlar açıb. Bütün bu təşəbbüslərin keçirilməsində və davam etdirilməsində göstərilən dəstəyə görə Elm və Təhsil Nazirliyinə təşəkkür edirik”.

BDU rektorunun rəqəmsallaşdırma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova “Code For Future” layihəsinin 2021-ci ildən uğurla icra olunduğunu və tələbələrin İT biliklərinin artırılmasında böyük rol oynadığını vurğulayıb. Qeyd edib ki, layihənin ötənilki məzunları bu gün həmin layihədə müəllim kimi tədris prosesinə cəlb olunublar. Layihənin uğurlu nəticəsi məzunların 90 faizdən çoxunun məşğulluq prosesinə cəlb olunmasıdır. Bu, həm də davamlılığın nəticəsidir. Artıq VI sənaye inqilabının astanasında olan və süni intellekt ilə əhatə olunan dünyada sürətlə inkişaf edən İT sahəsi tələbat deyil, zərurətdir: “Code For Future” layihəsinin məzunlarını BDU-da yüksəkixtisaslı kadr potensialının artırılması işində yaxından iştirakını görməyi arzu edirik”.

“Code Academy”nin biznesin inkişafı üzrə baş direktoru və Akademik şöbənin rəhbəri Tuğrul Kapucuoğlu üç ildən çoxdur davam edən layihənin nəticələri ilə qürur duyduğunu deyib. O bildirib ki, bu illər ərzində ölkənin 6 üniversiteti üzrə 3 minə yaxın tələbəsi olan “Code For Future”nin məzunlarının əldə etdiyi beynəlxalq sertifikatlar uğurdan xəbər verir: “Məzunlarımıza və layihəmizə qoşulacaq yeni tələbələrə uğurlar arzulayırıq”.

“Code For Future” layihəsinin ötən proqramlarının məzunu olan Elnur Hüseynov uğur hekayəsini bölüşüb, layihədən maksimum yararlanmağı tövsiyə edib.

Layihənin baş koordinatoru Asya Rüstəmova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən layihənin mindən çox məzunu arasında apardığı statistik məlumatlardan ibarət təqdimatla çıxış edib. Bildirib ki, 2021-ci ildən “Code For Future” layihəsinin 2658 məzunu olub ki, onun da 515 nəfəri BDU-nun tələbə və məzunlarıdır. 150 tələbə də beynəlxalq sertifikat əldə edib ki, bu da çox yüksək nəticədir.

Daha sonra layihə çərçivəsində tədrisi başa vuran BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin və SABAH qruplarının “Kompüter elmləri” ixtisasının III kurs tələbələri İzafə Tağıyeva və Ayla Atakişiyevanın hazırladıqları layihələrin təqdimatı keçirilib.

Tədbirin sonunda “Code For Future”nin məzunu olan BDU tələbələrinə sertifikatlar təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see270

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see238

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see236

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see220

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see217

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see217

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see213

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see205

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see204

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see202

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see200

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see197

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see194

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see194

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see193

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see190

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see189

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see176

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see159

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri