Icma.az
close
up
RU
Coğrafiyaçı alim məktəbliləri qlobal istiləşmənin fəsadları barədə məlumatlandırıb

Coğrafiyaçı alim məktəbliləri qlobal istiləşmənin fəsadları barədə məlumatlandırıb

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 24 aprel, AZƏRTAC

Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin müəllim-tələbə heyətinin Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri professor Rza Mahmudovla görüşü keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Bir damla su dünyanı gəzir” devizi altında keçirilən tədbirdə məktəblilər dünyada müasir su problemləri ilə bağlı müxtəlif təqdimat və səhnəciklərlə çıxış ediblər. Onlar dünyada suyun yaranması, onun canlı biosferdə və insan həyatında rolu, suyun fiziki anomal, kimyəvi xüsusiyyətləri, onun müasir dövrdə kəmiyyət və keyfiyyət göstəricilərinin dəyişməsinə qədər məlumatları əyani olaraq təqdimatlarda çatdıra biliblər.

Professor Rza Mahmudov müasir dövrdə şirin su çatışmazlığı, qlobal istiləşmənin fəsadları və onun su ehtiyatlarına təsiri, insanların suya olan tələbatının artmasını, su mənbələrinin qorunması, mühafizəsi, suya qənaət üsulları və s. haqqında iştirakçılara məlumat verib.

Alim çıxışının sonunda tədbirin təşkilatçılarına, liseyin müəllim-şagird kollektivinə və rəhbərliyinə təşəkkürünü bildirib, bu təfəkkür, ideologiya ilə formalaşan gənc nəslin gələcəkdə belə vacib problemin həllinə öz əvəzsiz töhfələrini verəcəklərinə əminlik ifadə edib.

Sonda Rza Mahmudov öz yeni kitabını liseyin direktoruna hədiyyə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see192

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see190

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see160

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see158

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see155

QDF Xocalıda tut bağının salınmasına vəsait ayırıb

22 Oktyabr 2025 17:08see148

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see131

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see130

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see130

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see129

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see128

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see126

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see126

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see126

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see125

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see125

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri