Icma.az
close
up
RU
Coğrafiyaçı alim intensiv yağıntıların təsirindən danışıb

Coğrafiyaçı alim intensiv yağıntıların təsirindən danışıb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 30 aprel, AZƏRTAC

Mart–aprel aylarında intensiv və təkrarlanan yağıntılar nəticəsində Bakı şəhərində genişmiqyaslı daşqın və subasma hadisələri baş verib. Bu proses xüsusilə aşağırelyefli və drenaj sistemi zəif olan rayonlarda daha kəskin müşahidə olunub.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Geosiyasət və iqtisadi coğrafiya laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru, dosent Nəriman Paşayev məlumat verib.

Onun sözlərinə görə, ən çox zərər çəkən rayonlardan biri Binəqədi rayonu olub. Burada səthi axının sürətlə artması nəticəsində küçələr və yaşayış massivləri su altında qalıb, nəqliyyatın hərəkəti ciddi şəkildə məhdudlaşdırılıb. Sulutəpə və Binəqədi qəsəbələrində subasma hadisələri təkrarlanan xarakter daşıyıb.

Xəzər rayonu da daşqın və subasmanın intensiv müşahidə olunduğu ərazilər sırasındadır. Şüvəlan, Buzovna və Mərdəkan qəsəbələrində sahilyanı yerləşmə və zəif drenaj səbəbindən suyun uzun müddət qalması müşahidə edilib. Bu ərazilərdə fərdi yaşayış evləri və həyətlər ciddi zərər görüb.

Sabunçu rayonunda (Zabrat, Maştağa, Balaxanı) daşqın və subasma daha çox lokal xarakter daşısa da, geniş sahələrdə təkrarlanıb. Bu rayonlarda əsas problem suyun qeyri-bərabər paylanması və bəzi ərazilərdə yığılması olub.

Suraxanı rayonunda (Əmircan, Bülbülə, Qaraçuxur) subasma əsasən köhnə kanalizasiya sistemlərinin yüklənməsi nəticəsində baş verib. Bu ərazilərdə küçələrdə suyun uzun müddət qalması müşahidə olunub.

Qaradağ rayonunda yerləşən Lökbatan qəsəbəsində isə çökək relyef səbəbindən suyun toplanması maksimum səviyyəyə çatıb, magistral yollar belə su altında qalıb.

Ümumilikdə, ölkə üzrə məlumatlara görə, bu hadisələr nəticəsində yüzlərlə insan evlərini tərk etməyə məcbur olub, yalnız Bakı daxilində isə onlarla insanın təxliyəsi həyata keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see339

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see338

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see332

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see302

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see293

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see292

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see266

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see265

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see254

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see248

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see235

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see233

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see232

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see227

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see226

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see222

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see219

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see216

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see204

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri