Icma.az
close
up
RU
Coğrafiyaçılar çay hövzələrində landşaft ekoloji tədqiqat aparıblar

Coğrafiyaçılar çay hövzələrində landşaft ekoloji tədqiqat aparıblar

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 10 oktyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov, aparıcı elmi işçisi dosent İrina Kuçinskaya və kiçik elmi işçi Emil Cəbrayılov Vəlvələçay, Qudyalçay və Qusarçay hövzələrində landşaft-ekoloji tədqiqat aparıblar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, ekspedisiyanın məqsədi müasir iqlim dəyişmələrinin və qəfil sinoptik proseslərin təsiri ilə yaranan landşaft-ekoloji dinamiki tendensiyaları sel, daşqın və sürüşmələr kimi təhlükəli təbiət hadisələrini və uzunmüddətli dövrdə bunun su ehtiyatlarına təsirini qiymətləndirmək olub.

Tədqiqatçılar xüsusilə Laza kəndi ərazisində son zamanlar baş verən sürüşmə-sel palçıq axınının tədqiqinə xüsusi diqqət yetiriblər. Burada növbəti palçıq-sürüşmə-sel axını baş verib. Oxşar hadisələr bu ərazidə 1993-cü, 2006-cı və 2019-cu illərdə də müşahidə olunub. Tədqiqat zamanı yamac və çay yatağının morfoloji dəyişiklikləri qeydə alınıb, dağıntıların miqyası və axının ətraf təbii komplekslərə təsiri qiymətləndirilib.

Toplanmış materiallar geomorfoloji proseslərin xüsusiyyətlərini dəqiqləşdirməyə imkan verəcək və Böyük Qafqazın şimal-şərq yamacında təbii risklərin azaldılması və dağ ekosistemlərinin mühafizəsi üzrə tövsiyələrin hazırlanmasında istifadə olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri