Landşaft ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 9 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu tərəfindən həyata keçirilən “Azərbaycan ərazilərində landşaft-ekoloji dəyişmələr və səhralaşma proseslərinin monitorinqi” adlı elmi proqram çərçivəsində tədqiqatlar davam edir. İnstitutun mütəxəssisləri tərəfindən həyata keçirilən son ekspedisiyalar Abşeron-Cənub-Şərqi Qobustan bölgəsinin müxtəlif landşaft zonalarını əhatə edib.
İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, tədqiqat marşrutlarına Duvannı-Torağay-Umbakı, Sanqaçal-Çeyildağ, Dəniz sahili-Qızıldaş-İlxıdağ, eləcə də Xırdalan-Pereküşkül-Qobustan istiqamətləri daxil edilib. Hər bir sahə müqayisəli coğrafi yanaşma əsasında araşdırılaraq təbii və antropogen təsirlər ayrı-ayrılıqda qiymətləndirilib.
Mütəxəssislərin ilkin müşahidələrinə əsasən, Abşeron və Qobustan zonaları iqlim baxımından quraq və yarımsəhra xüsusiyyətlərinə malik olduğundan burada torpaqların eroziyası, bitki örtüyünün seyrəkləşməsi və insan fəaliyyəti nəticəsində yaranan təzyiq daha aydın müşahidə olunur. Bu faktorlar səhralaşma riskini artıran əsas amillər kimi qeyd edilir.
Toplanan məlumatların təhlili nəticəsində region üzrə ekoloji dəyişikliklərin xəritələndirilməsi, risk zonalarının müəyyənləşdirilməsi və uzunmüddətli proqnozların hazırlanması planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 09 İyun 2026 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















