Icma.az
close
up
RU
Çökməkdə olan köhnə DÜNYA SİSTEMİ BMT və NATO nun taleyi SUAL ALTINDA

Çökməkdə olan köhnə DÜNYA SİSTEMİ BMT və NATO nun taleyi SUAL ALTINDA

Yenicag saytından alınan məlumata görə, Icma.az bildirir.

“Zelenski ABŞ-dan üzr istəməsə bir daha ayağı Ağ Evə dəyməyəcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

Millət vəkili ABŞ prezidenti Donald Trampın Ukraynaya yardımları tamamən kəsməsi haqqında qanunu qəbul etməsini şərh edib:

“Fevral ayının 28-də Ağ Evdəki Oval ofis kimi tanınan zalda ABŞ prezidenti Donald Tramp ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında keçirilən olduqca qalmaqallı görüşdən sonra indi baş verənləri proqnozlaşdırmaq mümkündür. Baş verənlər ondan ibarətdir ki, ABŞ rəhbərliyi Ukraynada sülhün əldə edilməsini əsas götürərək, bu ölkəyə silah və maliyyə yardımını dayandıracağını bəyan etmişdi. Eyni zamanda, Rusiyaya qarşı kiberhücumların bundan sonra baş verməməsi haqqında qərar ortaya qoymuşdu. Bütün bunlar hamısı fikirlər və mövqelər idi”.

“Lakin indi məlum olur ki, artıq ABŞ ali rəhbərliyi həm Dövlət Departamentinə, həm də Pentaqona bu istiqamətdə tapşırıqlar verib. ABŞ-nin nəinki Ukraynaya silah-sursat və maliyyə yardımı dayandırılır, eyni zamanda, əvvəlki Bayden administrasiyasının ayırmış olduğu yardımların da çatdırılmasının qarşısının alınması istiqamətində də fəaliyyətə start verib. Belə ki, Bayden son dəfə 3 milyard dollardan artıq vəsait ayırmışdı Ukraynaya və xeyli miqdarda silah-sursat da Polşaya göndərilmişdi. Polşadan isə Ukraynaya çatdırılmalı idi. Artıq o silahların da Ukraynaya çatdırılmasının dayandırılması ilə bağlı rəsmi Vaşinqton prinsipial mövqe ortaya qoyub”, – deyə o, əlavə edib.

E. Nəsirov hesab edir ki, ABŞ rəsmilərinin fikrincə, Zelenski Trampdan üzr istəməyənə qədər Ağ Evə ayaq basa bilməz:

“Bütün bu reallıqlar kontekstində ABŞ-nin həm ikinci şəxsinin mövqeyi, həm dövlət katibinin mövqeyi ondan ibarətdir ki, Zelenski ilk növbədə ABŞ prezidenti və xalqından üzr istəməlidir, sülhə hazır olduğunu bildirməlidir. Yalnız bundan sonra onunla hər hansı danışıqlardan söhbət gedə bilər. Əks halda, onun ayağı bir daha Ağ Evə və dəyirmi zala dəyməyəcək. Əslində, bunlar elə gözlənilən idi. Haqqında bəhs edilən görüş zamanı ölkənin vitse-prezidenti Ceyms Devid Vins Zelenskiyə bildirdi ki, siz Pensilvaniyaya gəlib bizim rəqiblərimizə, düşmənlərimizə dəstək verdiniz. Qısacası, vitse-prezident Ukrayna prezidentini Trampı deyil, Kamala Harrisi dəstəkləməkdə günahlandıraraq, bu görüşdə isə Amerika xalqına və prezidentinə hörmətsizlik etdiyini bildirdi”.

Milli Məclisin deputatı onu da qeyd edib ki, ABŞ NATO-dan çıxaraq, dünyanın nizamını dəyişmək və dünyanı ABŞ, Rusiya, Çindən asılı vəziyyətə gətirmək istəyir:

“Bu cür yanaşmalardan sonra hazırda baş verənləri proqnozlaşdırmaq mümkün idi. Məqsəd də o idi ki, ABŞ-nin silahları və maliyyəsi olmadığı təqdirdə, Avropa ölkələrinin ABŞ-ni əvəz edə biləcəyi ehtimalı çox aşağıdır. ABŞ olmadan Avropanın dəstəyi ilə Ukraynanın öz ərazi bütövlüyünü təmin etməsi məsələsi çox böyük sual altındadır. Nəzərə alsaq ki, uzun tarixi dövründə, bütün Soyuq müharibələr dövründə və sonrakı mərhələdə ABŞ Avropanın təhlükəsizliyini təmin edir. Nəzərə alsaq ki, NATO-da 32 dövlət var və təkcə ABŞ NATO-nun büdcəsinin 65-70%-ni, digər 31 dövlət isə geri qalan 30%-ni ödəyir, bu reallıqlar fonunda ABŞ rəhbərliyi, hətta ölkəsinin BMT və NATO-dan çıxması ilə bağlı mövqe də ortaya qoyur. Əgər ABŞ NATO-da olmasa, NATO özü dağıla bilər”.

Həmsöhbətimiz yekunda onu da bəyan edib ki, bu reallıq fonunda yəqin ABŞ çalışacaq ki, Zelenski ölkədə prezident seçkilərinə getsin və seçkinin nəticəsində elə bir şəxs hakimiyyətə gəlsin ki, o sülhə getsin:

“Lakin Zelenski sülhdən danışmır və müharibənin davam etdirilməsində israrlıdır, onun Avropa üzrə müttəfiqləri olan Fransa, Almaniya, Böyük Britaniya və təxminən ümumi 14 dövlət müharibənin davamının lehinə mövqe ortaya qoydular. Yalnız bir məsələ var ki, mövqe bildirmək başqa bir şeydir, əməli addım atmaq tamam başqa şeydir. Nəzərə almalıyıq ki, uzun bir tarixi dövrdə Avropa ölkələri özlərinin hərbi gücünə, potensialına biganə yanaşıblar. Çünki ABŞ-nin çətirinə arxayın olublar. Ona görə ki, NATO Nizamnaməsinin 5-ci bəndinə əsasən, heç bir digər dövlət ABŞ-yə görə o ölkələrə əl uzada bilməz. Bu gün NATO çat verməkdədir, ABŞ bu təşkilatdan çıxmaqdan danışır və Avropa ölkələrinin də mallarına ABŞ 25%-lik rüsum tələb edir. Bu gün dünyanın bizim öyrəşdiyimiz, tanıdığımız, bildiyimiz “Yalta Potsdam” sistemi çökməkdə, tarixin arxivinə atılmaqdadır. Yeni sistem formalaşır, bu yeni sistemdə ABŞ, Rusiya və Çin əsas oyunçudur”.

Yenicag.az

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 04 Mart 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see273

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see198

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see177

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see173

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see143

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see141

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see139

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri