Icma.az
close
up
RU
Cokoviç “Uimbldon”da 100 cü qələbəsini qazandı

Cokoviç “Uimbldon”da 100 cü qələbəsini qazandı

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

“Böyük dəbilqə” seriyalı Uimbldon turnirində 1/8 final mərhələsi də arxada qaldı.

"Football-plus.az" xəbər verir ki, 1/16 finalda həmvətəni Miomir Ketsmanoviçi məğlub edən Novak Cokoviç İngiltərə paytaxtında keçirilən turnirlərdə qələbə sayını 100-ə çatdırdı.
38 yaşlı serb ulduza qədər “Uimbldon”da 100 qələbə qazanmağı yalnız isveçrəli Rocer Federer və amerikalı Martina Navratilova bacarmışdı. Cokoviç 100-cü qələbəsini belə şərh edib:

“Tez-tez təkrar edirəm: tennis məni bu səviyyəyə çatdırıb. Bu oyun həyatda olan hər şeyimi verdi. Hələ də sıradayam, gənc oyunçularla yarışmaqdayım, kortda istədiyimi edə bilirəm. “Uimbldon” yalnız mənim sevimli turnirim deyil, tennisçilərin əksəri üçün arzuların turniridi. Hər uşaq bu turnirdə oynamağı və qələbə qazanmağı arzulayır. Xoşbəxtəm, ona görə ki, bunu dəfələrlə bacarmışam”.

Xatırladaq ki, Cokoviç bir müddət əvvəl “Böyük dəbilqə” seriyasından olan digər turnirdə - “Rolan Qarros”da da 100 qələbə həddinə çatmışdı. Ketsmanoviç də həmvətəni ilə dueli şərh edib:

“Məndə elə təəssürat yarandı ki, Novak yenidən 2011-ci və ya 2015-ci ildəki səviyyəsində oynayır. Belə davam etsə, daha 20 “Böyük dəbilqə” qazanacaq (24 qələbəsi var – red.). Qeyri-real şəkildə zərbə vurur. Adam kortda nə edəcəyini bilmir, özünü itirir”.

Qriqor Dimitrov isə “Böyük dəbilqə” turnirlərində 100-cü qələbəsini qazandı. 34 yaşlı bolqar tennisçinin yubiley qələbəsi Sebastyan Ofnerlə görüşə təsadüf etdi. Qriqor karyerasına 18-ci dəfə belə turnirlərdə 1/8 finala adladı. Düzdü, elə bu mərhələdə də dayandı. Ona görə ki, Yannik Sinnerlə bacarmadı. Daha dəqiqi, bolqar tennisçi ilk iki setdən sonra öndə olsa da, zədə üzündən mübarizəni dayandırdı.
Kişilər
1/16 final

Kobolli (İtaliya, 22) - Menşik (Çexiya, 15) 6:2, 6:4, 6:2
De Minaur (Avstraliya, 11) - Holmqren (Danimarka) 6:4, 7:6 (7:5), 6:3
Dimitrov (Bolqarıstan, 19) - Ofner (Avstriya) 6:3, 6:4, 7:6 (7:0)
Soneqo (İtaliya) - Nakaşima (ABŞ) 6:7 (5:7), 7:6 (10:8), 7:6 (7:2), 3:6, 7:6 (10:3)
Çiliç (Xorvatiya) - Munar (İspaniya) 6:3, 3:6, 6:2, 6:4
Sinner (İtaliya, 1) - Martines Portero (İspaniya) 6:1, 6:3, 6:1
Şelton (ABŞ, 10) - Fuçoviç (Macarıstan) 6:3, 7:6 (7:4), 6:2
Cokoviç (Serbiya, 6) - Ketsmanoviç (Serbiya) 6:3, 6:0, 6:4
1/8 final
Xaçanov (Rusiya, 17) – Mayxşak (Polşa) 6:4, 6:2, 6:3
Frits (ABŞ, 5) – Tompson (Avstraliya) 6:1, 3:0 imtina
Norri (B.Britaniya) - Harri (Çili) 6:3, 7:6 (7:4), 6:7 (7:9), 6:7 (5:7), 6:3
Alkaras (İspaniya, 2) - Rublev (Rusiya, 14) 6:7 (5:7), 6:3, 6:4, 6:4
Kobolli (İtaliya, 22) - Çiliç (Xorvatiya) 6:4, 6:4, 6:7 (4:7), 7:6 (6:3)
Cokoviç (Serbiya, 6) - De Minaur (Avstraliya, 11) 1:6, 6:4, 6:4, 6:4
Şelton (ABŞ, 10) - Soneqo (İtaliya) 3:6, 6:1, 7:6 (7:1), 7:5
Sinner (İtaliya, 1) - Dimitrov (Bolqarıstan, 19) 3:6, 5:7, 2:2 imtina
Qadınlar
1/16 final

Bençiç (İsveçrə) - Koççaretto (İtaliya) 6:4, 3:6, 7:6 (10:7)
Busas Maneyro (İspaniya) - Yastremskaya (Ukrayna) 6:1, 2:6, 6:3
Samsonova (Rusiya, 19) - Kasatkina (Avstraliya, 16) 6:2, 6:3
Tauson (Danimarka, 23) - Rıbakina (Qazaxıstan, 11) 7:6 (8:6), 6:3
Andreyeva (Rusiya, 7) - Baptist (ABŞ) 6:1, 6:3
Aleksandrova (Rusiya, 18) - Sönməz (Türkiyə) 6:3, 7:6 (7:1)
Navarro (ABŞ, 10) - Kreyçikova (Çexiya, 17) 2:6, 6:3, 6:4
Sventek (Polşa, 8) - Kollinz (ABŞ) 6:2, 6:3
1/8 final
Ziqemund (Almaniya) - Syerra (Argentina) 6:3, 6:2
Pavlyuçenkova (Rusiya) - Kartal (B.Britaniya) 7:6 (7:3), 6:4
Sobolenko (Belarus, 1) – Mertens (Belçika, 24) 6:4, 7:6 (7:4)
Anisimova (ABŞ, 13) - Noskova (Çexiya, 30) 6:2, 5:7, 6:4
Samsonova (Rusiya, 19) - Busas Maneyro (İspaniya) 7:5, 7:5
Bençiç (İsveçrə) - Aleksandrova (Rusiya, 18) 7:6 (7:4), 6:4
Andreyeva (Rusiya, 7) - Navarro (ABŞ, 10) 6:2, 6:3
Sventek (Polşa, 8) - Tauson (Danimarka, 23) 6:4, 6:1
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 İyul 2025 08:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see406

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see362

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see329

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see321

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see281

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see270

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see236

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see232

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see209

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see204

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see195

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see192

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see188

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see183

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see171

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see167

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri